17 Avqust 2018 06:08
135
DÜNYA
A- A+

Vaşinqtonda hərbi parad təxirə salındı

ABŞ Müdafiə Nazirliyi Prezident Donald Trampın təşəbbüsü ilə bu ilin noyabrına planlaşdırılmış hərbi paradı gələn ilə keçirmək barədə qərar qəbul etmişdir. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat vermişdir.

ABŞ hakimiyyət orqanları Birinci Dünya müharibəsinin qurtarmasının 100 illiyi münasibətilə hərbi parad keçirmək qərarına gəlmişdi. Bəzi məlumatlara görə, parad Vaşinqtona 92 milyon dollara başa gələ bilər.

Pentaqonun nümayəndəsi Pobert Menninqin dediyinə görə, “biz bu tədbiri əvvəlcə noyabrın 10-da keçirməyi nəzərdə tuturduq, amma indi paradı gələn ilə keçirmək qərarına gəlmişik”.

Ötən il Tramp Fransa Prezidenti Emmanuel Makronla görüşündə bildirmişdi ki, Parisdə Bastilya günü şərəfinə keçirilən paraddan təsirlənmişdir və belə bir tədbiri Vaşinqtonda da təşkil etmək istəyir.

Birləşmiş Ştatlarda hərbçilərin iştirakı ilə tez-tez mülki paradlar keçirilir. Amma ölkədə döyüş texnikasının iştirakı ilə irimiqyaslı hərbi paradlar təşkil etmək ənənəsi yoxdur.     

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video