Alternative content

07:49 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Rumbiya” Şanxayı vurdu
“Rumbiya” Şanxayı vurdu
ANA SƏHİFƏ / DÜNYA
06:08 17.08.2018

“Rumbiya” tropik tayfunu Çinin Şanxay şəhərini vuraraq özü ilə leysan yağışları və sürətli külək gətirmişdir. Bu barədə “Sinxua” agentliyi xəbər verir.

Mərkəzi Meteoroloji İdarənin məlumatına görə, küləyin sürəti saniyədə 23 metrə çatırdı.

Şanxayda mümkün daşqınlarla əlaqədar yüksək təhlükə səviyyəsi elan edilmişdir. Şəhərin hakimiyyət orqanları indiyədək təxminən 53 min sakini təxliyə etmişdir. Təqribən 2,5 min gəmi limana qayıtmışdır.

Gözlənildiyinə görə, şəhərdə leysan yağışları bu gün dayanacaq. Sinoptiklər hesab edirlər ki, tropik tayfun şimal-qərbə doğru hərəkət etdikcə tədricən zəifləyəcək.

“Rumbiya” bu ay Şanxayı vurmuş üçüncü tayfundur. 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM