Alternative content

08:19 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / İDMAN
05:08 17.08.2018

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) qurumun prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə müşavirə keçirilib.

ARMPK-dan AZƏRTAC-a bildiriblər ki, müşavirədə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Komitənin 2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Müzakirələrin yekununda müvafiq qərarlar qəbul olunub.