Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:17 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
ANA SƏHİFƏ / SİYASƏT
05:08 17.08.2018

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması dünyanın diqqət mərkəzindədir. Nüfuzlu ekspertlər qeyd edirlər ki, bu sənəd bəzi maneələrin aradan qaldırılması üçün şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Fərəc Quliyev V Zirvə toplantısında qəbul olunmuş Konvensiyanın əhəmiyyətindən söhbət açaraq bildirib ki, bu sənəd Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyətinə, iqtisadi, nəqliyyat xarakterli məsələlərin həllinə, xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş perspektivlər açacaq. “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyət mövcuddur. Bu da təhlükəsizliyin və sabitliyin əsas göstəricisidir. Uzun illər idi ki, Xəzərin statusu ilə bağlı müzakirələr aparılır, komissiyalar bu istiqamətdə işləyir. Bu məsələdə Azərbaycan da öz mövqeyində prinsipiallıq göstərirdi. Bütün detallar üzərində ümumi razılaşma əldə edildi və tarixi əhəmiyyətli sənəd imzalandı”, - deyə F.Quliyev vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət ayırır, bu istiqamətdə ən müasir üsullardan istifadə edir. Onun sözlərinə görə, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasi kurs, gördüyü tədbirlər, xüsusilə neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Zirvə toplantısında da qeyd olunub ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) standartlarına uyğundur.

Azərbaycanın Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verdiyini söyləyən F.Quliyev Konvensiyanın imzalanmasını Azərbaycan diplomatiyasının növbəti uğuru hesab edərək bildirib ki, bu razılaşma, ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək. “Son illər Azərbaycan Prezidentinin xarici siyasət kursunda bir-birinin ardınca uğurlar əldə edilib. Bu da növbəti uğurdur. Bundan sonra Xəzəryanı ölkələr arasında münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edəcək. Eyni zamanda, bu sənəd həm təhlükəsizlik, həm də ölkələr arasında münasibətlərin yeni müstəviyə qədəm qoyması, iqtisadi potensialın daha da artması baxımından yüksək dəyərə malikdir.

Xəzəryanı ölkələr arasında münasibətlərin daha da yaxşılaşdırılmasında, əməkdaşlığın inkişafında əhəmiyyətli əsaslar olacaq. Bu vaxta qədər neft və neft məhsullarının çıxarılmasında və daşınmasında Azərbaycanın imkanlarından istifadə edən şirkətlərin fəaliyyəti daha geniş vüsət alacaq. Hesab edirəm ki, bu Konvensiyanın imzalanması Azərbaycanın xarici siyasətinin uğurudur. Eyni zamanda, Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq”, - deyə Milli Məclisin deputatı bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM