Alternative content

03:29 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 santimetr azalıb
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 santimetr azalıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 17.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, avqustun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 94 kubmetr olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 79 kubmetr təşkil etməklə ongünlük normanın 59 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 107 kubmetr olmaqla ongünlük normanın 159 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 11 kubmetr təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Avqustun 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində dörd, Bankədə və Araz çayının Novruzlu məntəqəsində beş santimetr artım, Salyanda və Şirvanda isə 12 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 (2017-ci il avqustun 17-də 351 sm), Şirvanda 209 (2017-ci il avqustun 17-də 213 sm), Salyanda 129 (2017-ci il avqustun 17-də 138 sm), Bankədə 178 (2017-ci il avqustun 17-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 santimetr (2017-ci il avqustun 17-də 65 sm) təşkil edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM