Alternative content

00:59 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 17.08.2018

Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxda yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü ərəfəsində keçirilən və dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafındakı xidmətlərini diqqətə çatdırıb. Xidmət rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələlərinə böyük önəm verildiyini, dövlətimizin başçısının ali diqqət və qayğı sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını xüsusi qeyd edib.

Dövlət Sərhəd Xidmətinin rəisi Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib, onlara müvəffəqiyyətlər arzulayıb.

General-polkovnik Elçin Quliyev dahi öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının – Milli Qurtuluş Gününün 25-ci ildönümü ərəfəsində iki mindən artıq sərhədçinin xüsusi hazırlanan və uzunluğu iki min metr olan dövlət bayrağımızı çiyinləri üzərində daşıyaraq “Zəfərə doğru” yürüş etməsini xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ən yaxın zamanlarda bu zəfər yürüşünün zəfər döyüşünə çevriləcəyinə, Vətən sərhədlərinin bütövlüyünün təmin ediləcəyinə, işğaldan azad olunacaq ərazilərdə şərəf və ləyaqət rəmzi olan üçrəngli bayrağımızın dalğalanacağına əminliyini bildirib.

Valideynlər çıxışlarında yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı arzulayıblar.

Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və ailə üzvləri ilə görüşüb. Xidmət rəisi onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına DSX tərəfindən ciddi önəm verildiyini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. General-polkovnik Elçin Quliyev oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri münasibətilə hər bir valideyni təbrik edib.