Alternative content

21:03 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT: Ötən il dünyada baş verən müharibələrdə ölən 43 min nəfərin dörddə üçü mülki şəxs olub
BMT: Ötən il dünyada baş verən müharibələrdə ölən 43 min nəfərin dörddə üçü mülki şəxs olub
ANA SƏHİFƏ / DÜNYA
12:08 17.08.2018

BMT dünyada baş verən müharibələr, silahlı münaqişələr və terror aktları nəticəsində təkcə ötən il 43 min nəfərin həlak olduğunu açıqlayıb. Ölənlərin 31 min 904-nün və ya hər dörd nəfərdən birinin mülki şəxs olduğu açıqlanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsinin (OHCA) hər il müharibə, münaqişə və təbii fəlakətlər nəticəsində həlak olan insanların və humanitar yardım fəallarının xatirəsinin anıldığı 19 avqust – Dünya Humanitar Yardım Günündən əvvəl ənənəvi olaraq yaydığı açıqlamada son dövrdə mülki şəxslərə qarşı hücumların və zorakılıq hallarının artdığı vurğulanıb. Açıqlamada qeyd olunub ki, humanitar yardım işçilərinə edilən hücumlar nəticəsində 139 nəfər ölüb, 102 nəfər xəsarət alıb, 72 nəfər isə oğurlanıb.

Ötən il mülki şəxslərin və humanitar yardım işçilərinin hədəfə alınmaması üçün Dünya Humanitar Yardım Günü çərçivəsində başladılan #NotATarget kampaniyasına 2 milyondan çox insan dəstək vermişdi. Bu il isə BMT və humanitar yardım təşkilatları mülki şəxslərin və humanitar yardım fəallarının qorunması ilə bağlı dünya liderlərinin konkret addım atmaları üçün “Selfie” kampaniyasına start verib. Kampaniya çərçivəsində çəkilən fotolardan xüsusi sistem vasitəsilə “həmrəylik portreti” hazırlanacaq. Həmin fotolar hər il dövlət və hökumət başçılarının qatıldıqları BMT Baş Məclisində nümayiş etdiriləcək və beləliklə, münaqişə bölgələrində mülki şəxslərin qorunması məsələsi bir daha dünya liderlərinin diqqətinə çatdırılacaq.