Alternative content

04:20 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Forbes” jurnalı ən yüksək maaşlı aktrisanın adını açıqlayıb
“Forbes” jurnalı ən yüksək maaşlı aktrisanın adını açıqlayıb
ANA SƏHİFƏ / DÜNYA
09:08 17.08.2018

Amerikalı aktrisa Skarlett Yohansson 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib və “Forbes” jurnalının versiyasına görə, ən yüksək maaşlı aktrisa olub.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, S.Yohansson üçün əsas gəlir mənbəyi rolunu “Qisasçılar” silsiləsindən olan “Qara dul qadın” filmində oynadığı rus casusu rolu oynayıb. Bu rol onun gəlirini 4 dəfə artırıb.

Siyahıda ikinci yeri “Malefisenta 2” ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub. “Dostlar” teleserialının ulduzu Cennifer Eniston ötən illə müqayisədə bir pillə geriləyərək 19,5 milyon dollar gəlirlə üçüncü yerdə qərarlaşıb. Beşliyi Cennifer Lourens və Riz Uizerspun qapayır.