Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

09:01 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın uğuru Ermənistanı böyük qorxuya salıb
Azərbaycanın uğuru Ermənistanı böyük qorxuya salıb
ANA SƏHİFƏ / SİYASƏT
12:08 17.08.2018

 

Erməni ekspertlər Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması nəticəsində işğalçı ölkənin regionda hərbi-siyasi və geosiyasi əhəmiyyətini tamamilə itirəcəyini etiraf edirlər 

 


“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” artıq sahilyanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edən tarixi sənəd hesab edilir.
Artıq bundan sonra Xəzərdə razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək və bu da öz növbəsində Xəzəryanı dövlətlərə, o cümlədən də Azərbaycana böyük fayda gətirəcək. Beləliklə, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması Xəzəryanı ölkələrin birgə əməkdaşlığı üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.
Yeri gəlmişkən qeyd edək ki, status üzrə tarixi sənədin hazırlanmasında və imzalanmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolu, xidmətləri əvəzsizdir. Ən azından o baxımdan ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri yüksək səviyyədə olmasaydı, haqqında bəhs edilən konvensiyanın imzalanması mümkün olmazdı. Yəni bu sənəd ilk növbədə Azərbaycan Prezidentinin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.
İndi Azərbaycanın Xəzərdə böyük uğura imza atması onun mövqelərinin daha güclü hala gəlməsinə rəvac verir. Bundan ciddi əndişəyə düşən tərəflərdən biri də Ermənistandır. Erməni ekspert Vahe Davtyan bunun səbəblərini belə izah edir: “Ermənistan uzaqda yerləşsə də, Xəzər dənizinin statusu haqqında konvensiyanın maraqlarına toxunmayacağı qədər uzaq deyil”.
Onun sözlərinə görə, bu konvensiya Ermənistanın maraqlarına birbaşa toxunmasa da, öz mənfi təsirini göstərir: “Geosiyasi baxımdan, mənə belə gəlir ki, konvensiyanın imzalanması nəticəsində Ermənistan qismən də olsa regionda özünün hərbi-siyasi və geosiyasi əhəmiyyətini itirir”.
Ekspertin fikrincə, Suriyadakı uğurlar və Xəzər dənizinin statusu haqqında konvensiyanın imzalanması ilə mövqelərini möhkəmləndirmiş Rusiya üçün Ermənistanın timsalında Qafqazda forpostun olub-olmaması zərurəti faktiki olaraq aradan qalxır. Bundan əlavə, ekspert vurğulayır ki, Xəzər üzrə konvensiyanın imzalanması Rusiya, İran və Azərbaycan arasında bir çox sahələrdə, ələlxüsus iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirəcək ki, bu da Yerevanın maraqlarına toxunur: “Bu gün biz artıq görürük ki, Ermənistan və Azərbaycan ərazilərindən keçməli olan əsas nəqliyyat-logistik layihələr tamamilə Azərbaycan ərazisinə istiqamətlənib. Təbii ki, Xəzər konvensiyası bu prosesin fəallaşması üçün zəmin yaradacaq. Söhbət İran-Ermənistan dəmir yolu layihəsinin dondurulması və həmin marşrutun Azərbaycan-İran ərazisinə keçməsindən gedir”.
Həmçinin erməni ekspertin sözlərinə əsasən, İran-Ermənistan-Gürcüstan-Rusiya energetik dəhlizi layihəsi də ciddi zərər görə bilər, halbuki bu proqram üzrə tikinti işləri artıq başlayıb. Bütün bunlar, Davtyanın fikrincə, Ermənistanın regional geosiyasi proseslərdən təcrid olunmasını ehtiva edir.
Konvensiyanı şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə bildirir ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə münasibətləri möhkəmlənir. İmzalanmış konvensiyaya görə, Azərbaycanın Xəzər şelfində yeni ərazilərə sahib olması erməni deputatı narahat edir.
Rəsmi Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib: “Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş insidenti misal göstərə bilərəm. Paşinyan heç cür əsaslandıra bilməz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Yeni baş nazir bunu belə izah edir ki, vaxtilə Serj Sarkisyan da bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır”.
Bir daha Azərbaycanın diplomatik uğurunu xatırladan Şarmazanov deyib: “Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, çox mühüm qonşumuz İranla sənədlər imzalayır”.
Xatırladaq ki, bundan əvvəl də indi müxalifət statusunda olan keçmiş hakim Respublika Partiyasının sədr müavini, deputat Armen Aşotyan analoji açıqlama ilə çıxış etmişdi: “Biz əqrəblərlə dolu bankanı xatırladan öz daxili siyasi qazanımızda qaynadığımız anlarda regionda ciddi geosiyasi dəyişikliklər baş verir. “Xəzər beşliyi” Aktauda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzaladı. Bu, bizim regionda qlobal dəyişikliklər üçün bünövrə ola bilər. Azərbaycanı maksimal şəkildə qane edən bölünmə baş verdi. İndi o, Xəzərdə hasilat üçün irihəcmli araşdırmalar apara və böyük həcmdə enerji daşıyıcısı ixrac edə bilər. Azərbaycan və Türkmənistanı birləşdirən Transxəzər qaz kəməri Xəzər ətrafındakı beş ölkənin razılığı ilə tikilə bilər. Bu vəziyyət Rusiya və İran üçün çox vacibdir. Xəzərdə üçüncü ölkənin hərbi mövcudluğunun qadağan edilməsi də Rusiya və İran üçün sərfəlidir. Faktiki olaraq Rusiya və İran Azərbaycana böyük enerji daşıyıcıları məsələsində güzəştə razı oldular və əvəzində strateji və uzunmüddətli zəmanət aldılar. Bu da de-fakto qonşularımız arasında mövcud əlaqələri gücləndirəcək. Daxili siyasi gündəmi süni şəkildə gücləndirmək bizə çox baha başa gələ bilər”.
Beləliklə, verilən açıqlamalar çox açıq göstərir ki, Azərbaycanın Xəzər uğurları, Rusiya və İranla əlaqələrini genişləndirməsi Ermənistanda sözün əsl mənasında faciə ilə qarşılanır. Çünki Azərbaycan Rusiya və İran kimi böyük ölkələrlə münasibətlərini daha da dərinləşdirir və bu hal Ermənistanın narahatlığını daha da artırır. Belə vəziyyətdə Azərbaycan güclənir, Ermənistan isə daha da zəifləyir. Bütün bunlar, öz növbəsində, işğalçı ölkənin çöküşünü sürətləndirir.

Elçin CƏFƏROV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM