Alternative content

04:23 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hacıqabul sənaye məhəlləsində işlərin 70 faizi tamamlanıb
Hacıqabul sənaye məhəlləsində işlərin 70 faizi tamamlanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 17.08.2018

 

Hacıqabul rayonunun Atbulaq kəndi respublikanın qərb istiqamətinə uzanan şose və dəmir yollarının keçib getdiyi bir məkanda yerləşir. Bu, Bakı istiqamətindən qədim Şirvan torpağının ilk yaşayış məntəqəsidir. O, şimaldan çılpaq dağlar, cənubdan isə boz təpələrlə əhatə olunmuşdur.

Son illər yeni çəkilmiş avtomobil yolunun kənarı boyunca əkilmiş ağaclar bu ərazinin görkəmini xeyli dəyişdirmişdir.

Kənd rayon mərkəzindən 40, Ələt qəsəbəsindən isə 20-25 kilometr uzaqda yerləşir. Kəndin adamları özlərinə iş tapmaqda həmişə çətinlik çəkmişlər. Burada sənaye məhəlləsinin tikilməsi kənd əhalisinin sonsuz sevincinə səbəb olmuşdur. Axı onlar üçün  tikilməkdə olan bu sənaye məhəlləsində iş yerləri açılacaq. Eşidəndə ki bundan sonra kənddə daha bir-iki müəssisənin tikilməsi də həyata keçiriləcək, bu sevinc birə-beş artmışdır.

Bu obyektin sifarişçisi “Azərbaycan İnvestisiya Şirkəti” ASC, icraçısı isə “Azərsənayetikintilayihə” MMC-dir. Tikintinin layihə rəhbəri Qurban Bürcəliyevlə iş üstündə görüşürük. Yeri gəlmişkən deyim ki, onunla keçən ildən tanışıq. Masallı sənaye məhəlləsinin inşasına da o, rəhbərlik edib. Təcrübəli inşaatçıdır. Öyrəndik ki, Hacıqabul sənaye məhəlləsinin ümumi sahəsi 9 hektardır və burada tikinti işlərinə cari ilin ikinci rübündə başlanılıb. Dörd istehsal sahəsi üzrə sex binalarında işlər, demək olar ki, tamamlanmaq üzrədir. Biz orada olarkən həmin binaların fasad hissələri rənglənirdi.

Müəssisənin daxilində dəmir-beton məmulatından istifadə etməklə 9 yeraltı su anbarı inşa edilmişdir. Onlardan 2-si içməli, 2-si yanğın əleyhinə, 2-si texniki, 1-i suvarma və digər 2-si isə məişətdə istifadə olunan çirkli suların təmizləndikdən sonra yığıldığı anbarlardır. Müasir avadanlıqların köməyi ilə burada heç bir su itkisinə yol verilməyəcək. Bu proseslərin icrasında müxtəlif aqreqat və avadanlıqların quraşdırıldığı nasosxana mühüm rol oynayacaq. Müəssisənin elektrik enerjisi ilə etibarlı təminatı üçün əraziyə 14 kilometrlik yüksək gərginlikli hava xətti çəkilmiş, 3 yarımstansiya quraşdırılmışdır.

Sənaye məhəlləsinin tikintisində hazırda 200 nəfər çalışır və onların çoxu yerli adamlardır. İşçilərdən Həsənağa Paşayev, Məzahir Eyvazov, Adil Cəfərov, Zakir Hüseynov, Rəhman Qılmanov, Qəhrəman Fətullayev gündəlik normanı 120-130 faiz yerinə yetirməklə yanaşı, gördükləri işin keyfiyyətinə də xüsusi diqqət yetirirlər.

Sənaye məhəlləsinə yaxınlıqdan keçən magistral dəmir yolundan ayrılıb gələn xətt çəkilmişdir. Avtomobil yolunun çəkilişi isə davam etdirilir. Yolun asfalt örtüyü 36 min kvadratmetr olacaq. Burada fəhlələrə gündə bir dəfə pulsuz isti yemək verilir. Obyektdə qalanlar isə gün ərzində üç dəfə yeməklə təmin olunurlar.

Hazırda tikintidə işlərin 70 faizi görülmüşdür. İnşaatçılar sənaye məhəlləsini ilin sonuna kimi istifadəyə verməyi qərara almışlar. Müəssisə fəaliyyətə başlayandan sonra burada 500 nəfər çalışacaq.

 

Seyran CAVADOV,

“Azərbaycan”