Alternative content

01:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tütünçülük gəlirli sahədir
Tütünçülük gəlirli sahədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 17.08.2018

 

Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi, ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması, söz yox ki, ölkə iqtisadiyyatının neft və qazdan asılılığının azaldılmasına təkan verir. Bu baxımdan respublikamızın ümumi iqtisadi inkişafında mühüm rol oynayan tütünçülüyə dövlət qayğısı son illər özünü daha qabarıq şəkildə göstərir. 

İqtisadi əhəmiyyətinə görə Azərbaycanda ikinci texniki bitki hesab olunan tütünçülük ölkə iqtisadiyyatına böyük gəlir gətirməklə yanaşı, əhalinin məşğulluğunun təminatına da dəstək verir, insanların dolanışığının daha da yaxşılaşmasında mühüm rol oynayır.

Elə buna görə də son vaxtlar respublikamızın digər bölgələri kimi, Qazaxda da kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdə tütünçülüyün inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, keçən il bu rəqəm 50 hektara çatdırılmışdır. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər 50 hektar sahədən 80 tondan çox məhsul götürmüşlər. Əldə olunmuş qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini 10 hektar da artırmışlar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 hektar, Qazaxbəyli kəndində 8 hektar, İkinci Şıxlı və Çaylı kəndlərinin hər birində 1 hektar, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2, Dəmirçilər kəndində 1,5, Cəfərli kəndində 2,5 və Fərəhli kəndində 4 hektar sahədə tütün əkilmişdir.

Tütünçülər bu il sahələrdə daha məhsuldar sortlar əkərək bütün aqrotexniki tədbirləri vaxtında yerinə yetirmişlər. Hazırda rayonda tütün dərimi uğurla davam etdirilir. İndiyədək 80 tondan çox yaş, 2 tona yaxın isə quru tütün tədarük edilmişdir. Dərimin vaxtında və itkisiz başa çatdırılması üçün yığılmış tütün elə sahələrdəcə qurudulur. Bunun üçün xüsusi talvarlar hazırlanmışdır. Tütün dəriminə 200 nəfər cəlb edilmişdir. Tütünçülər onlar üçün yaradılan şəraitdən razılıq edirlər.

Tütünçülüyün belə sürətli inkişafı rayon sakinlərinin ürəyincədir. Bu sahədə çalışan kənd sakinləri aldıqları əməkhaqqıdan çox razıdırlar. Məsələn, Kosalar kəndində elə ailələr var ki, mövsüm ərzində 6-7 min manat pul qazanırlar. Belə ailələrdən biri Rasim Əliyevin ailəsidir. Rasim 2, onun həmkəndlisi Maya Abbasova 5, Qənirə Abbasova isə 7 nəfər ailə üzvü ilə birlikdə işləməklə çoxlu qazanc əldə edirlər.

Bir sıra kəndlər tütünçülüyün inkişafında yüksək nailiyyətlər qazanır. Məsələn, Daş Salahlı kəndinin sakini Vəli Vəliyev 50 sot pay torpağını icarəyə verməklə özü də  ailə üzvləri ilə birlikdə həmin təsərrüfatda çalışır. Həm pay torpağından, həm də çalışdığı təsərrüfatdan yaxşı qazanc götürür. Bununla da Vəli ailəsinin dolanışığını təmin edir. İlham Yaqubov da qonşusu Vəli kimi pay torpağını icarəyə verib. Hər il onun sahəsindən 20-25 sentner tütün yığılır.

Hazırda rayonda tütün dəriminin qızğın çağıdır. Hamı çalışır ki, yetişdirilən məhsulu vaxtında və itkisiz toplasın. Bunun üçün sübh tezdən sahələrə çıxan kənd sakinləri əlverişli keçən hava şəraitindən səmərəli istifadə etməyə çalışırlar.

 

Sabir ƏLİYEV,

 “Azərbaycan”