Alternative content

18:00 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sahələri yandırmaq təbiətə qarşı ən amansız cinayətdir
Sahələri yandırmaq təbiətə qarşı ən amansız cinayətdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 17.08.2018

 

Torpaq canlı orqanizmdir. Torpaqda olan canlıların fəaliyyəti nəticəsində torpaqəmələgəlmə prosesi baş verir. Bir neçə santimetr torpağın əmələ gəlməsi üçün yüzillər lazımdır. Ancaq torpağı yandırmaq üçün 1 neçə dəqiqə vaxt kifayətdir. Küləşi, otlaq sahələrini yandırdıqda torpaq üçün vacib olan münbit qat yanır. Nəticədə canlılar məhv olur, torpaqəmələgəlmə prosesi dayanır, münbitlik azalır, məhsuldarlıq aşağı düşür. Ona görə də sahələri yandırmaq təbiətə qarşı ən amansız cinayətdir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev deyib.

Bitkinin əsas qidalandığı torpağın 0-20 santimetrlik qalınlığındakı hissəsinin ən məhsuldar qat olduğunu deyən Xosrov Musayev təəssüflə bildirib ki, bu il yanğın halları əsasən taxıl sahələrində çox olub. Demək olar ki, bütün bölgələrdə taxıl sahələrinin yandırılması müşahidə edilib.

“Bu cür hallar iqtisadiyyata, xüsusən də kənd təsərrüfatının əkinçilik sahəsinə təsirsiz ötüşmür. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan olunub. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə əsasən, əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2 min manata, hüquqi şəxslər isə 5 min manatdan 6 min manatadək məbləğdə cərimələnəcəklər”, - deyə Xosrov Musayev bildirib.

Alim regionlarda sakinlər, kənd təsərrüfatı məhsullarının istehsalçıları, fermerlər və sahibkarlar arasında ekoloji maarifləndirmə xarakterli tədbirlərin keçirilməsini, vətəndaşlar arasında ekoloji biliklərin yayılmasını, ekoloji şüurun formalaşdırılmasını və nəticədə ekoloji məsuliyyət hissinin inkişaf etdirilməsini vacib sayır.