Alternative content

16:56 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarpız kəsdik bal kimi...
Qarpız kəsdik bal kimi...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 17.08.2018

 

Meyvə-tərəvəzin, bostan bitkilərinin bol vaxtıdır. Bağların, tarlaların, zəmilərin barı aşıb-daşır. Kəndlərdən şəhərlərə yurdumuzun ləziz nemətləri ilə yüklənmiş maşın karvanları üz tutur. Bazarların, yarmarkaların, marketlərin piştaxtaları növbənöv məhsullarla doludur. Bəziləri meyxoş, bəziləri ətirli, bəziləri bal kimi şirin... Ürəyin istəyəni seçib ala bilərsən. Odur ki, evlərdəki soyuducular dolu, süfrələr zəngindir. Bu nemətləri kənd əməkçiləri böyük zəhmətlə, min bir əziyyətlə, torpağın nazını çəkə-çəkə araya-ərsəyə gətiriblər. Torpağımızın bərəkətinə alqış, onu əkib-becərən insanlara əhsən!

 

Foto Ağaəli MƏMMƏDOVUNDUR,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM