Alternative content

05:47 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
ANA SƏHİFƏ / DÜNYA
11:08 16.08.2018

Avqustun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, aktual və regional məsələlər müzakirə edilib.

Dövlət başçıları Fransa ilə Türkiyə arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsinin, qarşılıqlı investisiyaların həcminin artırılmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrağın fransalı həmkarı ilə yaxın müddətdə görüşməsi qərara alınıb.

Fransa Prezidenti Türkiyənin iqtisadi sabitliyinin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Prezidentlər, həmçinin Suriyadakı vəziyyət barədə də müzakirələr aparıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM