Alternative content

15:37 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Genuyada avtomobil körpüsünün uçmasından sonra 20 nəfər itkin düşmüş sayılır
Genuyada avtomobil körpüsünün uçmasından sonra 20 nəfər itkin düşmüş sayılır
ANA SƏHİFƏ / DÜNYA
11:08 16.08.2018

İtaliyanın Genuya şəhərində uçan körpünün dağıntıları altında 10 nəfərdən 20 nəfərədək insan qala bilər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu şəhərin baş prokuroru Françesko Kotsi bildirib.

İtaliya xilasediciləri körpünün uçduğu ərazidə artıq üçüncü gündür ki, insanları axtarır. Xilasetmə xidmətinin nümayəndəsi Soni Noçinin sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı itkin düşən insanların hamısı tapılana qədər davam edəcək. Yerli hökumət hələ də qəza zamanı körpüdə olan avtomobillərin dəqiq sayını bilmir və bu səbəbdən dağıntılar altında nə qədər adam qaldığı məlum deyil.

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında 1960-cı illərdə inşa edilən və üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. Son məlumata əsasən, hadisə nəticəsində 38 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlardan dördü Fransa, ikisi isə Albaniya vətəndaşıdır. Yaralananların 9-nun vəziyyətinin ağır olduğu bildirilir.

Bu ərəfədə İtaliya Nazirlər Kabineti bir il müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib və faciə qurbanları ilə vida mərasiminin avqustun 18-də keçiriləcəyini elan edib.