Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:38 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çin və ABŞ ticarət danışıqlarını bərpa edirlər
Çin və ABŞ ticarət danışıqlarını bərpa edirlər
ANA SƏHİFƏ / DÜNYA
05:08 16.08.2018

Çin Ticarət Nazirliyi ABŞ-la ticarət danışıqlarının bərpa olunacağını bəyan etmişdir. Bu barədə nazirliyin rəsmi saytı xəbər verir. Növbəti görüşün cari ayın axırlarında Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Çin nümayəndə heyətinə ticarət nazirinin müavini Van Şouven, ABŞ nümayəndə heyətinə isə maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Malpass başçılıq edəcəklər. Tərəflər görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran iqtisadiyyat və ticarət məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Çin və ABŞ ilin əvvəlindən bəri bir neçə dəfə bir-birinə qarşı yüz milyardlarla dollar dəyərində müxtəlif mallara yüksək gömrük rüsumları tətbiq etmişdir. Sonralar tərəflər bir-birini oxşar tədbirləri davam etməklə hədələmişlər.

İki ölkə arasında ixtilafları aradan qaldırmaq üçün keçirilmiş danışıqların son dövrəsi bu il iyunun əvvəllərində baş tutmuşdur. O vaxt ABŞ-ın ticarət naziri Uilbur Ross Pekində Çin Baş nazirinin müavini Lyu Xe ilə görüşmüşdür. Görüş iştirakçıları bildirmişdilər ki, danışıqlarda “müsbət tərəqqi” əldə etmişlər. Danışıqların yekunu kimi ABŞ və Çin ticarət müharibəsindən imtina etməli idilər. Lakin buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp təxminən bir ay sonra Çindən idxal olunan 50 milyard dollarlıq mallara yeni, 25 faizlik gömrük rüsumu tətbiq etmişdir. Pekin Vaşinqtona münasibətdə oxşar addım atmış və ABŞ-la əvvəllər əldə olunmuş bütün razılaşmaları ləğv etmişdir. Cari ayın 3-də Ağ ev yenidən bəyan etmişdir ki, ABŞ ticarət münaqişəsini tənzmləmək üçün Çinlə növbəti danışıqlara hazırdır.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM