Alternative content

09:22 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amerikalıların əksəriyyəti Trampın işindən narazıdır
Amerikalıların əksəriyyəti Trampın işindən narazıdır
ANA SƏHİFƏ / DÜNYA
05:08 16.08.2018

Amerikalıların əksəriyyəti ABŞ Prezidenti Donald Trampın işini və bütövlükdə Vaşinqtonun xarici siyasətini bəyənmir. “Politico” qəzetinin nəşr etdiyi rəy sorğusunun nəticələri buna dəlalət edir.

Rəy sorğusunda iştirak etmiş amerikalıların 52 faizi bildirmişdir ki, Prezidentin fəaliyyətini bəyənmir, 43 faizi isə onun işini müsbət qiymətləndirmişdir. Eyni zamanda tədqiqatın nəticələri göstərir ki, amerikalı seçicilərin 59 faizinin fikrincə, ABŞ “səhv istiqamətdə hərəkət edir”.