Alternative content

06:13 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstraliyanın cənub-şərqində meşə yanğınları tüğyan edir
Avstraliyanın cənub-şərqində meşə yanğınları tüğyan edir
ANA SƏHİFƏ / DÜNYA
05:08 16.08.2018

Avstraliyanın cənub-şərqində, Yeni Cənubi Uels ştatında meşə yanğınlarını söndürmək üçün təxminən 650 nəfər və 40 vahiddən çox aviasiya cəlb olunmuşdur. Bu barədə yerli yanğınsöndürmə xidməti məlumat vermişdir.

Hazırda ştatın ərazisində 81 yanğın tüğyan edir. Onlardan 38-ni lokallaşdırmaq hələ mümkün olmamışdır. Yanğınsöndürmə xidmətinin məlumatında deyilir ki, təxminən 650 yanğınsöndürən meşələrdə alovu söndürməklə məşğuldur. Onlara 40 vahiddən çox aviasiya texnikası kömək edir. Güclü küləyin davam etməsi yanğınların söndürülməsinə çətinlik törədir.