16 Avqust 2018 05:08
143
DÜNYA
A- A+

Qəzzafinin 45 tərəfdarına ölüm hökmü

Liviya cinayət məhkəməsi 2011-ci ilin avqustunda paytaxt Trablis uğrunda döyüşlərin gedişində üsyançıların kütləvi şəkildə güllələnməsində əli olan 45 nəfər barədə ölüm hökmü çıxarmışdır. Bu barədə “Axir Nyus” portalı xəbər verir.

Portal qeyd edir ki, məhkəmənin qərarı qətidir. Daha 54 nəfər müxtəlif müddətli həbs cəzalarına məhkum olunmuşdur.

Məhkəmə işi 2011-ci il avqust hadisələri ilə əlaqəlidir. O vaxt ölkə lideri Müəmmər Qəzzafinin hakimiyyətinə qarşı çıxan “inqilabçı” dəstələr hökumət qoşunlarının mövqelərinə hücum edirdi. Paytaxtın ətrafında üsyançı dəstələrdən biri mühasirəyə düşmüş və hakimiyyətə sadiq qüvvələr tərəfindən tamamilə məhv edilmişdir.

Xatırladaq ki, 2011-ci ilin fevralında Liviyada Qəzzafinin istefası tələbi ilə kütləvi nümayişlər başlamışdır. Sonralar dinc aksiyalar hökumət qoşunları ilə üsyançılar arasında silahlı qarşıdurmaya çevrilmişdir. Həmin ilin payızında Qəzzafinin ölümündən sonra Liviya ümummilli böhran yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video