Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:18 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhərlərin havasında neqativ ionların miqdarı dağlıq ərazilərlə müqayisədə 100 dəfə az olur
Şəhərlərin havasında neqativ ionların miqdarı dağlıq ərazilərlə müqayisədə 100 dəfə az olur
ANA SƏHİFƏ / CƏMİYYƏT
05:08 16.08.2018

Havada olan aeroionlar həyat üçün vacib komponentlərdən biridir. Bunlar azot, oksigen, karbon, hidrogen və ozon qazlarıdır. Atmosfer havasında göstərilən komponentlərin yükləri neqativ və pozitiv olmaqla iki yerə ayrılır. İnsanların normal yaşaması üçün yumşaq neqativ aeroionlar, əsasən də oksigen ionu çox faydalıdır. Havada neqativ ionların miqdarı nə qədər çox olarsa, insan sağlamlığına bir o qədər müsbət təsir edər. Bu səbəbdən havada neqativ ionların miqdarını çoxaltmaq üçün Çijevski çil-çırağından istifadə etmək məsləhətlidir. Bu çil-çıraq mənzilləri dağ və meşə havası ilə təmin edə bilir. Təmiz meşə sahəsində bir kubsantimetr havada 700-1500 neqativ ion mövcuddur.

Bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

Mütəxəssis bildirib ki, şəlalələrin yaxınlıqlarında və dəniz sahillərində neqativ ionların sayı bir kubsantimetr havada 50–100 min arasında dəyişir. Bir çox istirahət məkanlarında neqativ aeroionların miqdarı çox olduğu üçün orada dincələn insanlar özlərini yaxşı hiss edirlər. Neqativ yüklü aeroionlar virus infeksiyaları, yuxarı tənəffüs yollarının xroniki xəstəliklərinin, hipertonik, infarkt, bitişməyən yaralar, yanıq, sinir sistemi, vərəm və mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı müsbət təsir edir. Onların miqdarının azalması isə insanlarda xroniki, o cümlədən mərkəzi sinir sistemi, ürək-damar sistemi və tənəffüs orqanları xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır.

“Dağlıq ərazilərə nəzərən şəhərlərin havasında oksigen və neqativ ionların miqdarı 100 dəfə az olur. Qapalı yerlərdə isə pozitiv aeroionlar çoxluq təşkil edir, neqativlər isə praktiki olaraq yox olur. Evlərdə, iş yerlərində olan televizorlar, displey və kompüterlərin çalışması nəticəsində onlardan əmələ gələn elektromaqnit dalğaları ətraf mühiti şüalandıraraq pozitiv yüklü aeroionlar yayır. Bundan əlavə, insan özü də pozitiv yüklü aeroionların mənbəyi ola bilər. Nəticədə isə insan üçün lazım olan neqativ yüklü aeroionların sayı sıfıra bərabər olur. İonlaşmayan aşağı tezlikli şüalanma nəticəsində mərkəzi sinir sisteminin həyəcanlanması baş verir. Bundan başqa, neqativ yüklü aeroionların çatışmazlığı başağrısı, depressiya, təngnəfəslik, yuxusuzluq, dəri və xərçəng xəstəliyinə, hamilə qadınlarda isə qanaxmaya səbəb olur. Avropa standartlarına görə, displey ətrafında bir kubmetr havada neqativ yüklü aeroionların sayı 600-800 arasında dəyişməlidir”,-deyə A.Hüseynli qeyd edib.

O, həmçinin deyib: “Evdə olan hava ətrafdakına nisbətən 6-8 dəfə çirkli, 15 dəfə isə toksikidir. Ona görə də evlərdə neqativ yüklü aeroionlar verə bilən cihazlardan istifadə edilməsi tövsiyə olunur. Müxtəlif modifikasiyalı Çijevski çil-çıraqları, ionlaşdırıcılar və ozonatorlar evin havasını kiçik dispersli tozcuqlardan təmizləyir. Bu isə allergiyadan əziyyət çəkənlərə müsbət təsir edir”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM