Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

11:23 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Telman Əliyev: Xəzəryanı ölkələrin prezidentlərinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
Telman Əliyev: Xəzəryanı ölkələrin prezidentlərinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
05:08 16.08.2018

“Caspian Energy” və “Caspian European Club” “Xəzərdə siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişafına verdiyi xüsusi töhfələrə görə” nominasiyasında Xəzəryanı ölkələrin prezidentlərinə beynəlxalq “Caspian Energy Award-2018” mükafatını təqdim edəcək.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. T.Əliyev qeyd edib ki, bu mükafat tarixi sənədə - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya imza atmış beş Xəzəryanı ölkənin prezidentinə təqdim olunacaq.

O, həmçinin əlavə edib ki, beynəlxalq mükafatın prezidentlərə fərdi qaydada təqdim olunması ilə bağlı daha sonra ətraflı məlumat veriləcək.

“Beynəlxalq “Caspian Energy Award” mükafatının statueti yuxarı hissəsində bir əlin beş barmağının - bərabər paylanmış 5 dövlətin təsvir olunduğu neft fontanını simvolizə edir. Şərti olaraq ələ bənzədilmiş statuetin mərkəzində isə eyni taleli beş Xəzəryanı dövləti bir-birinə bağlayan Xəzər dənizi təsvir olunub”, - deyə o qeyd edib.

T.Əliyevin sözlərinə görə, “Caspian Energy Award” mükafatı Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadi inkişafına və biznes cəmiyyətinə inteqrasiyasına töhfə vermiş dünya liderləri layiq görülür və beynəlxalq biznesin fəallığına, dünya arenasında yüksək nüfuza, investisiya cazibədarlığının əks olunmasına, region dövlətlərinin iqtisadiyyatının açıqlığına xidmət edir.

Sıralarında dünyanın 70 ölkəsinin 5 mindən çox şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən “Caspian European Club”un sədri Azərbaycan Prezidentidir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM