Alternative content

22:02 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 16.08.2018

Azərbaycan Banklar Assosiasiyasında (ABA) banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqi məsələlər üzrə Ekspert Qrupunun nəzdində yaradılmış, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası ilə bağlı İşçi Qrupunun iclası keçirilib. İclasda banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtlərinin ilkin mətni üzərində İşçi Qrupuna üzv olan, müxtəlif bankları təmsil edən hüquqşünasların qeyd və təklifləri müzakirə edilib.

İclas zamanı şərtlərin tətbiq sahəsi dəqiqləşdirilib və ilkin olaraq yalnız istehlak kreditləri üzrə tətbiq ediləcəyi qərarlaşdırılıb.

Müəyyən edilib ki, banklar müştərilərlə bağlayacağı müqavilələrdə konkret kredit məhsulu üzrə, şərtlərin müddəalarına zidd olmayan xüsusi qaydalar və şərtlər barədə razılığa gələ bilərlər. Qanunvericilikdə mövcud olan bir çox anlayışlar mətndən çıxarılıb. Həm bankın, həm də müştərilərin hüquq və vəzifələri dəqiqləşdirilib. Bankların praktikaları nəzərə alınaraq bəzi şərtlər ümumiləşdirilib.

Eyni zamanda, qanunvericilikdə baş vermiş son yeniliklərə uyğun olaraq bəzi müddəalar həmin yeniliklərə uyğunlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.