Alternative content

06:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
ANA SƏHİFƏ / Təhsil
02:08 16.08.2018

Bu ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib. Onlara cari tədris ili çərçivəsində müəyyən ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməyə icazə verilib. Bu ildən isə müxtəlif ixtisas qruplarını da seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaradıb. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil müsbət təsirini göstərib. Belə ki, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – 29 nəfər olub.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının yeddinci nömrəsində yer alan “Ön söz”ündə bildirib.

M.Abbaszadə diqqətə çatdırıb ki, 1992-ci ildən başlayaraq qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi əsasında şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başlayıb. İmtahanın məzmunu ilə bağlı standartların, qəbul proqramlarının hazırlanması məqsədilə 1994-cü ildən etibarən ekspert qrupları yaradılıb, elmi-metodik seminarlar təşkil olunub və bu sistem ildən-ilə təkmilləşdirilib. Ötən 27 ildə imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin imtahanlara daha səmərəli hazırlaşmalarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarılmasına kömək göstərib.