Alternative content

02:08 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 16.08.2018

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında bərpa müalicəsi şəraiti, əlilliyi olan insanlara göstərilən xidmətlərlə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, pansionatda stasionar, diaqnostika, fizioterapiya şöbələrində aparılan işlər nəzərdən keçirilib. Qeyd olunub ki, 250 çarpayılıq müəssisədə il ərzində dörd mindən artıq əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunur. Cari ilin ötən dövründə də 2631 nəfər əlilliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 311 nəfər pansionata qəbul olunub. Hazırda 230-a qədər əlilliyi olan şəxsə burada bərpa müalicə xidmətləri göstərilir.

S.Babayev müəssisədəki ultrasəslə müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, rentgen kabinetləri, mədəni-istirahət bölməsi, laboratoriya, müalicəvi bədən tərbiyəsi zalı, tətbiq olunan müxtəlif fizioterapevtik müalicə üsulları və s. ilə tanış olub. O, pansionatda müalicə olunan əlilliyi olan insanlarla görüşüb.

Əlilliyi olan şəxslər ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn dövlət qayğısının ildən-ilə artmasına, əlilliyi olanların sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüşdə nazir qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, əlilliyi olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam etdirilir. Hazırda bir çox reabilitasiya müəssisələrində əsaslı təmir işləri aparılır. Qarşıdakı dövrdə bu işlərin Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında da davam etdirilməsi nəzərdə tutulur.

S.Babayev müəssisənin fəaliyyətinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi, tətbiq olunan müalicə kurslarının nəticələrinin təhlil edilməsi və müvafiq qiymətləndirmələrin aparılması barədə tapşırıqlarını verib. İşçi heyətin peşəkarlığının artırılmasının və müvafiq sahədə qabaqcıl dünya təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edən nazir digər bərpa mərkəzləri və səhiyyə müəssisələri ilə təcrübə mübadilələrinin aparılmasının diqqətdə saxlanılmasını, əlilliyi olan insanlara qayğı ilə yanaşılmasını tapşırıb.