Alternative content

16:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DSX: İrandan Azərbaycana dövlət sərhədini pozaraq külli miqdarda narkotik vasitə gətirən şəxslər saxlanılıb
DSX: İrandan Azərbaycana dövlət sərhədini pozaraq külli miqdarda narkotik vasitə gətirən şəxslər saxlanılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 16.08.2018

Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirləri qətiyyətlə davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 9-da Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb. Dərhal keçirilmiş sərhəd axtarışı əməliyyatı nəticəsində iki nəfər İran İslam Respublikası vətəndaşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əhməd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn saxlanılıblar. Onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazidə gizlətdikləri 1 kiloqram 335 qram heroin, 570 qram tiryək, 265 qram “metamfetamin”, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkarlanıb.

Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə gəlmiş “Hyundai Elantra” markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mirtağı Süleyman oğlu və İran vətəndaşı 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobilə və həmin şəxslərin əşyalarına keçirilmiş baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16 min 400 manat və çəkiləri 5-10 qram olan bükümlərdə “metamfetamin”, heroin və marixuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, DSX-nin Əməliyyat Axtarış Baş İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri birgə tədbirlər nəticəsində İran vətəndaşı İ.Niarinin Bakıda yaşadığı evə keçirilmiş baxış zamanı 100 qram heroin aşkar edilib.

Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitələrin satışının təşkilatçısı, Ağcabədi rayon sakini 1975-ci il təvəllüdlü Əliyev Hümmət Yusif oğlu saxlanılıb. Onun mənzilindən 1 ədəd gözyaşardıcı qaz balonu, 5 ədəd “metodon” və 3 ədəd “lirika” psixotrop həbləri, 213 qram heroin və 1 qram tiryək aşkarlanaraq götürülüb.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb.