Alternative content

10:54 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Atletiko Madrid” tarixində üçüncü dəfə UEFA Super Kubokunun qalibi olub
“Atletiko Madrid” tarixində üçüncü dəfə UEFA Super Kubokunun qalibi olub
ANA SƏHİFƏ / İDMAN
07:08 16.08.2018

Avqustun 15-də 44-cü UEFA Super Kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Super Kubok uğrunda mübarizədə Madridin iki təmsilçisi – “Real” və "Atletiko” klubları qarşılaşıblar.

Ötən mövsüm Avropa Liqasını qalibi olan “Atletiko Madrid”in start heyətində Yan Oblak, Stefan Saviç, Dieqo Qodin, Cuafran, Luka Ernandes, Tomas Lemar, Saul Niqes, Rodriqo, Koke, Antuan Qrizman və Dieqo Kosta yer alıblar.

2017-2018 mövsümündə Çempionlar Liqasının qalibi olan "Real Madrid"nin ilk onbirliyində isə meydana Keylor Navas, Rafel Varan, Dani Karvaxal, Serxiyo Ramos, Marselo, Toni Kros, Kazemiro, İsko, Qaret Beyl, Kərim Benzema, Marko Asensio çıxıblar.

Qarşılaşma Estoniyanın paytaxtı Tallinnin “Lilleküla” stadionunda baş tutub.

Final görüşündə hesabı “Atletiko” klubu erkən qolla açıb. Belə ki, qarşılaşmanın ilk dəqiqəsində Dieqo Kosta öz fərdi ustalığı sahəsində iki müdafiəçidən yayınaraq qapıya dəqiq zərbə vurub-1:0. “Real Madrid” klubu matçın 27-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Qaret Beylın rəqibin cərimə meydançasına hava ötürməsini Kərim Benzema dəqiq baş zərbəsi ilə tamamlayıb-1:1.

Hər iki Madrid təmsilçilərin səylərinə baxmayaraq, ilk hissədə əlavə qol olmayıb və komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

İkinci hissədə daha yüksək əzmkarlıq göstərən “Real Madrid” komandası matçın 63-ci dəqiqəsində hesabda irəli çıxıb. Oyunun baş hakimi polşalı Şimon Marçinek cərimə meydançasının daxilində müdafiəçinin əllə oyununa görə "Atletiko Madrid" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan "kral klubu"nun kapitanı Serxiyo Ramos fürsəti əldən verməyib - 1:2.

Qoldan sonra irəli atılan Dieqo Simyonenin yetirmələri qarşılaşmanın 79-ci dəqiqəsində istəklərinə nail olublar. Dieqo Kosta özünün və komandasının ikinci qolunu vurub.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Əlavə olunan ilk hissənin 8-ci (98-ci) dəqiqəsində "Atletiko Madrid" yenidən hesabda irəli keçib. Rafayel Varanın müdafiədə etdiyi kobud səhvi Saul Niqes bağışlamayıb - 3:2. Qoldan beş dəqiqə sonra “Atletiko” hesab arasındakı fərqi artırıb. Dieqo Kosta, Vitolo, Koke kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayıb və komandası üçün həlledici qolu vurub - 4:2. Bu qol oyunda sonuncu olub.

Beləliklə, "Atletiko Madrid" klubu tarixində üçüncü dəfə UEFA Super Kubokunun qalibi olub.