Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

11:21 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşləyənə iş var, qurub-yaradana meydan
İşləyənə iş var, qurub-yaradana meydan
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 16.08.2018

 

Ölkə əhalisinin məşğulluq probleminin həlli Azərbaycan dövlətinin ən çox önəm verdiyi məsələlərdən biri olaraq qalır. Hər il minlərlə iş yeri açılır, insanlar iqtisadiyyatın bütün sahələrində, istər dövlət, istərsə də özəl sektorda işlə təmin olunurlar. Lakin əhalinin ildən-ilə artması, bəzi iş yerlərinin hər hansı səbəblərdənsə bağlanması məşğulluq məsələsinin daim gündəmdə olmasını tələb edir. 

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ barədə yenə də ətraflı bəhs edilmişdir. Prezident İlham Əliyev iclasdakı nitqində demişdir: “Əlbəttə ki, ağır vəziyyətdə yaşayan, hələ də işsiz olan vətəndaşlar üçün biz geniş şərait yaratmalıyıq. Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır... 58 min yeni daimi iş yeri açılmışdır. Ancaq eyni zamanda, 20 mindən çox iş yeri bağlanmışdır. Əgər bu rəqəmlərə baxsaq, görərik ki, yenə də dinamika müsbətdir. Ancaq bağlanmış iş yerlərinin təhlili aparılmalıdır. Hansı səbəblərə görə bu iş yerləri bağlanıb və o iş yerlərini itirən vətəndaşlar hansı işlərlə təmin olunub və olunubmu, yoxsa yox?”
Göründüyü kimi, əhalinin işlə təminatı sahəsində baş verən proseslər daim dövlətin diqqət mərkəzindədir. Bu məsələ nəzarətdə saxlanılır və onun uğurlu həlli üçün mütəmadi şəkildə addımlar atılır.

 

Əhalinin məşğulluq məsələsi daim gündəmdədir

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş Üçüncü dövlət proqramının icrasına başlandığı 1 yanvar 2014-cü ildən bu ilin əvvəlinədək ölkədə 530,4 mini daimi olmaqla 721,2 min yeni iş yeri açılıb. Keçən il isə ümumilikdə 281,4 min yeni iş yeri açılıb ki, bunların da 179,3 mini daimidir.
Yeni iş yerləri ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir. Yeni yaradılan müəssisələrdə, xidmət sahəsində çoxsaylı iş yerləri açılır. Əhalinin böyük bir hissəsi özünü- məşğulluq problemini sahibkarların, hüquqi və fiziki şəxslərin yaratdıqları iş yerlərində həll edir.
İnşaat sektorundakı canlanma da iş yerlərinin yaradılması deməkdir. Məsələn, hazırda Bakıda onlarca hündürmərtəbəli ev tikilir və burada minlərlə yeni iş yerləri yaradılır. Eləcə də köhnə binaların sökülməsi və yerində təzələrinin tikilməsi ilə çoxlu iş yerləri açılır.
Paytaxtda, ölkənin digər iri şəhərlərində və bölgələrində açılan yeni sənaye parklarında və məhəllələrində, ayrı-ayrı sahələri əhatə edən müəssisələrdə yüzlərlə insan özünə iş yeri tapır.
Aqrar sektorda bir sıra unudulmuş, tənəzzülə uğramış sahələrin dirçəldilməsi, onlara keçmiş şöhrətinin qaytarılması isə kənd sakinlərinə çoxsaylı yeni iş yerləri bəxş edib. Pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və digər sahələrdə indi böyük sayda insanlar çalışır.
Qeyd edək ki, hər il ölkədə daimi iş yerləri ilə bərabər, çoxlu sayda mövsümi iş yerləri də açılır. Bunların çoxu kənd təsərrüfatı, turizm, tikinti və digər sahələrin payına düşür. Mövsümi iş yerlərinin açılması da az əhəmiyyətli məsələ deyil. Çünki bu işlərdə çalışan vətəndaşlar bəzən bir neçə ayda xeyli gəlir əldə edir, ilin digər aylarında isə başqa bir işlə məşğul olmaq imkanı qazanırlar. Məsələn, yayda turistlərin çox gəldiyi bölgələrin sakinləri bu dövrdə yaşayış yerlərindəki istirahət mərkəzlərində mövsümi işlərdə çalışırlar. Kişilər təsərrüfat, təchizat məsələləri ilə, qadınlar mətbəx, səliqə-sahman, təmizlik işləri ilə məşğul olurlar. Qax və Xaçmaz rayonlarında istirahət edərkən bu bölgələrin sakinlərinin özlərindən eşitmişik ki, onlar turizm mövsümündə adi bir idarədə il ərzində alacaqları maaş qədər qazanc əldə edirlər.
Deməli, əgər kimsə əlini əlinin üstünə qoyub oturursa və dolanışıqdan şikayətlidirsə, şair demişkən: “...günah onun özündədir”.

 

Yetər ki, işləmək istəyəsən...

 

İstər kənddə, istərsə də şəhərdə işləmək istəyi olan kəs heç vaxt işsiz qalmaz. Və elə bir insan yoxdur ki, onun hansısa sahədə qabiliyyəti, bacarığı olmasın, əlindən bir iş gəlməsin.
Təxminən 10 il əvvəl Bakının “Şamaxı yolu” deyilən ərazisindən keçən marşrut avtobuslarında bir qız görünməyə başladı. O vaxt 10-12 yaşı olardı. Bu balaca, arıq qız yalvarıcı səslə sərnişinlərdən pul istəyirdi. Deyirdi ki, sizə qurban olum, kömək edin, anam ağır xəstədir...
Bu qızcığaz həmin avtobuslarda böyüdü. Hər gün diləndi, amma vəziyyət dəyişmədi - anası “xəstə” olaraq qaldı...
Təxminən bir il əvvəl həmin qız avtobuslarda tamamilə başqa bir qiyafədə göründü. Bu yaxınlarda isə avtobusa qucağında qundaqla mindi. Bu dəfə körpəsi “xəstə” olduğu üçün pul istəyirdi.
Əvvəlki illərdə bir neçə dəfə qadın sərnişinlər bu gənc qıza düz yol göstərməyə çalışdılar. Dedilər ki, sənə uyğun o qədər iş yeri, iş var ki, get işlə, zəhmətlə dolan. Qız isə qətiyyətlə “heç yerdə iş yoxdur” deyib tutduğu yoldan çəkinmədi... (Nə yaxşı ki, indi Bakının küçələrində adını dilənçi qoyub tüfeyli həyat sürənlər çox azdır, 15-20 il bundan əvvəlkinə nisbətən demək olar ki, tək-təkdir).
Paytaxt sakini Təranə xanım belələrinin dediklərinin öz yanlış hərəkətlərini pərdələmək üçün bəhanə olduğunu söyləyir. Təranənin özü şəhərdəki idarələrin birində xadimə işləyir. İşindən utanmır, əksinə, çalışdığı kollektivdən qürur duyur. İş yoldaşları da ona əməksevər, əli-əməli təmiz olduğu üçün hörmət bəsləyirlər.
Təranənin həm də yaxşı əl qabiliyyəti var. Yaz aylarında şəhər ətrafındakı ata-babadan qalan bağlarından üzüm yarpaqlarını dərib qışa tədarük edir. Onun hazırladığı bu məhsulun daimi alıcıları var.
Nənəsindən isə Təranəyə toxumaq bacarığı ərməğan qalıb. Yun saplardan əlcək, şərf, pulover, qadın və uşaq papaqları toxuyur. O, bu qabiliyyətindən də bəhrələnir. Ailəni dolandırmaqda həyat yoldaşına yaxından kömək edir. Hazırda onların hər iki övladı Bakının nüfuzlu universitetlərində təhsil alır. Ailənin dolanışıqla bağlı heç bir çətinliyi yoxdur.
Gədəbəyin ucqar kəndində yaşayan Gülnisə xanım da bu əqidəli bir insandır. Bakıya gələndə, yaxud toyda-nişanda onu şəhərli qadınlardan seçmək olmur. Qarderobunda dəbdə olan paltarlardan bahalı şubayadək hər cür geyimi var. Gülnisəni tanımayanlar onun məşhur bir firmanın işçisi, yüksək maaşlı vəzifə sahibi, yaxud imkanlı kişinin həyat yoldaşı olduğunu güman edirlər. Əslində isə Gülnisə zəhmətkeş bir qadındır, dünyasını dəyişmiş həyat yoldaşı da torpağa, əməyə bağlı insan olub. Hələ gənc yaşlarından Gülnisənin bir əli böyütdüyü dörd övladının saçını tumarlayanda, o biri əli geniş həyətyanı sahəsindəki ağaclara, bitkilərə, güllərə sığal çəkib.
Gülnisənin bağ-bostanında bitən meyvə-tərəvəz növlərini sadalamaqla qurtarmaz. Ən çox da kələm, çuğundur, yerkökü, cürbəcür göyərti yetişdirir. Dağların havası və suyu ilə ərsəyə gələn bağının alma-armud barının nə dadından, nə də ətrindən doymaq olur. Təsərrüfatçı xanımın həmin meyvə və tərəvəzləri bu payızdan o payıza zirzəmidə təzə-tər saxlamaq, eləcə də onlardan mürəbbə, kompot, tutma hazırlamaq “sirləri” - səriştəsi var. Övladları ilə əl-ələ verib çalışan Gülnisə xanım böyük ailəsinin bu təamlara olan tələbatını ödəyir, məhsulun qalan hissəsini satışa verir, üstəlik, rayon mərkəzində və paytaxtda yaşayan qohum-əqrəbasına da pay göndərir.
Bu kəndli xanım yalnız orta təhsil almış olsa da, ucqar dağların qoynunda mütaliəsindən də qalmır. Artıq internetdən istifadə etməyi də öyrənib. İş tapmadığını bəhanə gətirib tənbəllik edən adamları görəndə isə nədənsə gülür (bu, təbii ki, gülüşün kinayəli forması, yaxud acı gülüşdür). Qohumlarından biri bir dəfə Gülnisəyə istehza ilə deyib: “Nə xəbərdir, bu qədər işləyirsən, nökər deyilsən ki?!..”
Gülnisə həm də obrazlı danışır. Cavab verib ki, nökər kimi işləyir və bəy kimi yaşayıram...
Dövlətimiz özünüməşğulluğu genişləndirmək barədə tədbirləri sürətləndirməyə qərar verəndə məhz bu cür vətəndaşların istəyini, qabiliyyətini nəzərə alır və potensiallarından istifadə edərək həm onların dolanışıqlarını yaxşılaşdırmaq, həm də iqtisadiyyatın inkişafına dəstək olacaq bir vacib tədbirə imza atır.

 

Özünüməşğulluq işlə təminatın yollarından biridir

 

Özünüməşğulluğun geniş vüsət almasının əhalinin işlə təminatı məsələsinin həllinə böyük köməyi olacaq. Artıq bu sahədə ilk addımlar atılıb. Doğrudur, dövlət həmişə çətin vəziyyətdə yaşayan vətəndaşlara qayğı və diqqət göstərir. Ünvanlı sosial yardım proqramlarının icra edilməsi buna əyani misaldır. Lakin dövlət həm də maddi çətinliyi olan hər bir ailənin öz ehtiyaclarını ödəmək üçün imkanlarının yaranmasına çalışır. Odur ki, dövlət orqanları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Prezident İlham Əliyev hələ keçən ilin aprel ayında - Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcəsi olacaq. Sadəcə, biz onlara kömək etməliyik. Kənd yerlərində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər”.
Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün geniş imkanlar var. Bütün istiqamətlərdə aqrar sahənin qarşısında yeni üfüqlər açılıb. Həqiqətən də kənd yerlərində bir çox insanlar ailələri ilə birlikdə heyvandarlıqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlətin onlara maddi dəstək göstərməsi çox yerinə düşür. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması bu insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.
Prezident İlham Əliyev dolanışığını özünüməşğulluqla təmin edən insanlara ilk mərhələdə dövlətin kömək göstərəcəyini bəyan etmişdir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı yenidən bu məsələyə qayıdaraq demişdir: “Bizim özünüməşğulluq proqramına böyük ümidimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək. Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər”.
Qeyd edək ki, bu il iyulun 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 108 min 900 nəfər olub. Onlardan 4 milyon 856 min 500 nəfərini məşğul əhali təşkil edib. Məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,6 min nəfər olub. Bu insanların bir çoxu özünüməşğulluq proqramından bəhrələnə bilər və söz yox ki, bəhrələnəcəklər.

Flora SADIQLI,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM