16 Avqust 2018 12:08
109
CƏMİYYƏT
A- A+

“Yuxarı Tahircal” sərhəd zastava kompleksi xidməti istifadəyə verilib

 

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratmış, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsində davamlı inkişafa nail olunmuşdur.

Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlıqların sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilməkdədir.

Dövlət sərhədinin mürəkkəb relyefə malik ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qısa müddət ərzində yüksək keyfiyyətlə yeni inşa edilmiş Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavası kompleksi 2018-ci ilin avqust ayının 14-də xidməti istifadəyə verilmişdir.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərhəd Mühafizəsinə göstərdiyi ali diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılmasını qeyd etmiş, yeni istifadəyə verilən sərhəd zastavasının bu yüksək münasibətin növbəti təzahürü olduğunu vurğulamışdır.

1992-ci ilin iyun ayının 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olmayan “Xudat” sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qabaqcıl hərbi hissələrindən birinə çevrilmiş, respublikamızın şimal sərhədlərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə etmişdir.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Xudat” sərhəd dəstəsinə 4 dəfə səfər etməsinin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vurğulanmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində heç bir sərhəd infrastrukturu olmayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakinlərinin ciddi kömək göstərmələrini xatırladan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhəd mühafizəsinin təşkilinə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdarlığını bildirmişdir.

Tədbirdə iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov sərhədçiləri təbrik etmiş, xidməti fəaliyyətlərində uğurlar arzulamış, Qusar əhalisinin hər zaman Azərbaycan dövlətçiliyinə xidmət etməsini bildirmiş, yerli sakinlərin problemlərinin həllinə sərhədçilərin daim dəstək verməsinə görə minnətdarlığını ifadə etmişdir.

Xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunmuşdur.

Rəmzi lent kəsildikdən sonra general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavası kompleksində yaradılmış şəraitlə tanış olmuşdur. Müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilmişdir.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video