Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:20 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsmayıllı sakinləri yeni uğurlara imza atırlar
İsmayıllı sakinləri yeni uğurlara imza atırlar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 16.08.2018

 

İsmayıllı davamlı inkişafı ilə seçilən bölgələrimizdəndir. Dövlətə və dövlətçilik ənənələrinə həmişə hörmətlə yanaşılan bu məkanda davamlı olaraq yüksək nailiyyətlərə imza atılır. Prezident İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2018-ci ilin əvvəlindən də rayonda uğurla həyata keçirilir. Rayonun iqtisadi potensialını gücləndirmək, tikinti, abadlıq-quruculuq işlərini aparmaq, yeni layihələrin icrasını təmin etmək, işsizliyi azaltmaq və qarşıya qoyulmuş digər vəzifələrin icrası üçün tədbirlər davamlı xarakter alıb. 

Rayonda ilin əvvəlindən bu günədək ümumi məhsul istehsalı faktiki qiymətlərlə 98 milyon manatdan çox olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 542 min manat çoxdur. Kənd təsərrüfatında, sənayedə, tikinti-quraşdırma işlərində, nəqliyyatda, informasiya və rabitədə, ticarətdə artım əldə olunub.
Əsas kapitala investisiya qoyuluşu isə 38 milyon 375 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 186 faiz çoxdur.

 

Məşğulluq olan yerdə inkişaf da var

 

İsmayıllıda əhalinin məşğulluq probleminə olduqca həssas yanaşılır. Belə ki, ilin əvvəlindən rayonda 645 iş yeri açılıb. Bunun da 529-u daimi iş yerləridir. Daimi iş yerlərinin bir hissəsi yeni yaradılan, digəri mövcud, fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatlarda açılıb. Qalan hissəsi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yaradılıb.
Birinci yarım il ərzində rayon məşğulluq mərkəzinə müraciət etmiş 930 nəfər vətəndaşdan 876 nəfəri iş axtaran kimi rəsmi qeydiyyata alınıb. Aktiv məşğulluq tədbirlərinin uğurla davam etdirilməsi nəticəsində rayon məşğulluq mərkəzi tərəfindən 2018-ci ilin birinci yarısında 428 nəfər işlə təmin edilib.
İş axtaran və işsiz vətəndaşların müvəqqəti məşğulluğu da vacib istiqamət kimi seçilib. Rayon ərazisində təmir-abadlıq işlərinin görülməsi məqsədilə kommunal müəssisələri kombinatında 260 nəfər, çoxmənzilli binaların təmiri işləri ilə əlaqədar “İnşaatçı-86” MMC-də 45 nəfər vətəndaş işlə təmin olunub. Peşə seçiminə kömək məqsədilə 766 nəfər gənc peşəyönümü məsləhətlərinə cəlb olunub.

 

Abadlaşan, yeniləşən məkan

 

Rayonda yeni layihələr əsasında yaşayış evləri və digər sosial obyektlər tikilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Şamaxı rayonunun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirən Dəmirçi-Lahıc yolunun və Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə başlanılıb. Lahıc qəsəbə tam orta məktəbinin tikintisi davam etdirilir, İsmayıllı şəhər ərazisində küçələrə asfalt örtük vurulur və ictimai yaşayış binalarında təmir işləri görülür.
Hər il olduğu kimi, bu il də İsmayıllı şəhərinin baş planına uyğun olaraq abadlıq işləri aparılacaq küçələr müəyyən edilib. Dövlət vəsaiti hesabına, eləcə də sahibkarların müraciəti əsasında rayon ərazisində görüləcək tikinti işlərinin siyahısı hazırlanıb.
Cümhuriyyətin 100 illiyi ilə bağlı şəhərin 28 May küçəsində də abadlıq işləri aparılıb. Belə ki, küçənin genişləndirilməsi istiqamətində tədbilər həyata keçirilməklə yolun hərəkət hissəsinə asfalt örtük vurulub. Yolun 1 saylı məktəbə yaxın hissəsində avtomobillərin park edilməsi məqsədilə dayanacaq yaradılıb. Həmçinin yol genişləndirilib, küçədə yağış sularının axıdılması üçün arxlar yaradılıb, qaz və digər kommunikasiya xətlərinin yeri dəyişdirilib. Şəhərin digər asfalt vurulacaq bir prospekt və 8 küçəsinə - H.Əliyev prospekti, K.Məmmədov, İstiqlal, Nuru Paşa, Babadağ, Fizuli, V.Əliyarov, Natəvan və Abdulla Şaiq küçələrinə asfalt vurulması üçün hazırlıq işləri vaxtında başa çatdırılıb. Bir neçəsinin asfalt örtüyü artıq vurulub. Qalan işlərin də yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulub.

 

Sərmayə qoyuluşu artırılır

 

İsmayıllı şəhərinin H.Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu hotelin, M.F.Axundov küçəsində 7 mərtəbəli iki yaşayış binasının tikintisi davam etdirilir. Tircan kəndi yaxınlığında Bədo istirahət, müalicə və sanatoriya kompleksində yeni restoran və tibb korpusunun tikintisinə başlanılıb. 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyanın tikintisi başa çatdırılıb.
Rayonun Kürdmaşı kəndində “Buta qrup” şirkəti tərəfindən aqroparkın tikintisi davam etdirilir. Cari ilin məhsulu üçün burada 75 hektar sahədə buğda, 105 hektar sahədə kartof, 70 hektar sahədə qarğıdalı əkilib. Əkilən sahələrin suvarılması məqsədilə 100 hektar sahədə pivot suvarma sistemi quraşdırılıb.
2018-ci ilin yazında Talıstan, Cülyan və Diyallı kəndlərində 200 hektar sahədə intensiv becərmə texnologiyası və sənaye üsulu ilə yüksək rekroduksiyalı toxumla kartof əkini aparılıb. 2018-ci ilin yaz mövsümündə Qubaxəlilli kəndi ərazisində “ASPİLAND” MMC tərəfindən 10 hektar sahədə badam və 30 hektar sahədə qoz bağı salınıb. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonda 2018-ci ilin yazında 500 hektar sahədə yeni fındıq bağlarının əkilməsi təmin edilib.
“Azza-aqro” şirkəti 15 may 2018-ci il tarixində “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan 99 baş “Holştin-friz” cinsli düyələr gətirilib. Sentyabr-oktyabr aylarında isə daha 200 baş qaramalın gətirilməsi nəzərdə tutulur.

 

Məmur-vətəndaş münasibəti məmnunluq doğurur

 

İsmayıllıda vətəndaşların müraciətlərinə də olduqca həssas yanaşılır. İlin əvvəlindən indiyədək rayon icra hakimiyyətinə 800-ə yaxın vətəndaş müraciəti daxil olub. O cümlədən, Prezident Administrasiyasından 222, digər yuxarı orqanlardan isə 41 vətəndaş müraciəti baxılmaq üçün RİH-ə göndərilib. Birbaşa RİH-ə daxil olan müraciətlər 2018-ci ildə 507 ədəd olub. 2018-ci ildə daxil olmuş vətəndaş müraciətlərinin 6-sına Prezident Administrasiyasının, 8-inə rayon icra hakimiyyəti başçısının nəzarəti qaydasında baxılıb.
Vətəndaşlar daha çox sosial müdafiə, mənzil, torpaq, enerji daşıyıcıları və su təchizatı məsələləri ilə bağlı müraciətlər ediblər. Eyni zamanda, şəhər, rayon İH-in və bələdiyyələrin fəaliyyəti, şəhərsalma və tikinti, nəqliyyat, qəbul, səhiyyə, elm və təhsil məsələləri, təbii fəlakət hadisələri və fövqəladə hallar, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı məsələlər, kənd təsərrüfatı digər mövzularla bağlı müraciətlərə baxılıb.
RİH başçısı aparatında fəaliyyət göstərən 164 nömrəli qaynar xəttə 2018-ci ilin 6 ayında 134 vətəndaş müraciəti daxil olub. Müraciətlər əsasən işıq, qaz, su təchizatı və kanalizasiya, rabitə, qalanı isə digər məsələlərlə bağlı olub.
109 nəfər vətəndaşın ərizəsi rayon icra hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün komissiya”da müzakirə olunmuş və ehtiyacı olanlara 19 min 840 manat yardım göstərilib.
413 nəfər vətəndaş RİH başçısı tərəfindən qəbul edilib. Bundan başqa, yerlərdə 34 səyyar görüş-qəbul keçirilib və 2485 nəfər iştirak edib. Həm aparatda, həm də səyyar qəbullarda edilən bütün müraciətlər diqqətlə araşdırılıb və onların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Həmişə olduğu kimi, bu il də rayon icra hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə araşdırılıb, şikayətlərin yaranma səbəbləri təhlil edilib və onların həlli istiqamətində tədbirlər görülüb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin facebook, twitter, instagram və yootube sosial şəbəkələrində rəsmi səhifələri açılıb. Rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılıb.
Bu ilin fevral ayından etibarən inzibati ərazi dairələri üzrə nümayəndəliklərin hər birində təsərrüfatların qeydiyyatının aparılması elektron sistemə keçirilib. 2018-ci ilin iyulun 1-i vəziyyətinə təsərrüfatların elektron sistemə qeyd edilməsi başa çatdırılıb. İƏD üzrə nümayəndəliklərdə may ayı ərzində əhalinin müxtəlif təbəqələrini təmsil edən vətəndaşların iştirakı ilə “açıq qapı” günlərinin keçirilməsi təşkil edilib. “Açıq qapı” günlərinin keçirilməsinin əsas məqsədi yerli idarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyinin artırılması, fikir mübadiləsinin aparılması, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi yolu ilə fəaliyyətin daha da genişləndirilməsi, icmaların fəaliyyətinin yaxşılaşdırılması olub.

Əli SƏLİMOV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM