Alternative content

16:51 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
ANA SƏHİFƏ / Mədəniyyət
09:08 15.08.2018

 

Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik “Əl Fəcr” qəzetində Qəbələdə keçirilmiş beynəlxalq musiqi festivalı barədə geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, iyulun 30-dan avqustun 7-dək keçirilmiş beynəlxalq musiqi festivalında iştirak etmiş qəzetin baş redaktoru Şərif əl Bəsilin müəllifliyi ilə dərc olunan məqalədə hər il dünyanın və Azərbaycanın nüfuzlu musiqiçilərinin iştirakı ilə təşkil olunan beynəlxalq musiqi festivalı və ona ev sahibliyi edən füsunkar Qəbələ barədə ətraflı söhbət açılır. Qeyd edilir ki, festivalın konsertlərindən biri Azərbaycanın dünyaca məşhur bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycanın dahi bəstəkarının, həmçinin digər tanınmış musiqiçilərin əsərlərindən, Azərbaycan xalq musiqi janrı olan muğamın incilərindən heyranlığını bölüşən müəllif bu möhtəşəm festivalın artıq on ildir ənənəvi olaraq Qəbələdə keçirildiyini bildirir.

Yazıda tədbirə ev sahibliyi edən Qəbələnin füsunkar təbiətini təsvir edən Şərif əl Bəsil bu ecazkar təbiət möcüzəsinin əbəs yerə Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin ən sevilən istiqamətlərindən birinə çevrilmədiyini vurğulayır.

Müəllif yazıda bu möhtəşəm musiqi festivalının təşkilində, həmçinin Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edir.

Baş redaktor, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük humanizm, qayğı və vətənpərvərlik tərənnüm edən xidmətlərindən bəhs edir. Müəllif qeyd edir ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məqalədə bildirilir ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Mehriban Əliyeva Azərbaycan muğamının, tolerantlıq dəyərlərinin dünya miqyasında tanıdılması, mədəniyyətlərarası dialoqun qurulması və təşviq edilməsi istiqamətində mühüm işlər görür. Həmçinin yazıda Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda təhsilin və mədəniyyətin inkişafı sahəsində gördüyü işlərdən, xeyriyyəçilik fəaliyyətindən bəhs olunur.

Məqalədə baş redaktor X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarının tədbirlə bağlı fikirlərini də oxuculara təqdim edir.

 

 

AZƏRTAC


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM