Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

12:49 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
03:45 20.11.2018 ZƏFƏRLƏR PARTİYASI
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elmar Məmmədyarov: Konvensiya Xəzəryanı dövlətlərin fəaliyyətində şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir
Elmar Məmmədyarov: Konvensiya Xəzəryanı dövlətlərin fəaliyyətində şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir
ANA SƏHİFƏ / SİYASƏT
09:08 15.08.2018

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Aktauda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısının yekunlarına dair AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Xəzər dənizi üzrə V Zirvə toplantısının nəticələri barədə nə deyərdiniz?

- 2018-ci il avqustun 12-də Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün tarixi hadisə və mühüm əhəmiyyətli nailiyyətdir. Bu, bir daha onu nümayiş etdirir ki, Xəzəryanı dövlətlər Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanıqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti əzmə malikdirlər. Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Sənədin əsasını beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir.

Hüquqi rejimin və anlayışların müəyyən edilməsi ilə bərabər, Konvensiya bütün Xəzəryanı dövlətlərin fəaliyyətində aydın, şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan bu cür münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün vacibdir.

Xəzəryanı dövlətlər, həmçinin bu Konvensiyanın hazırlanması prosesində unikal regional mənsubiyyət, məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyəti nümayiş etdirdilər. Xəzəryanı dövlətlər hər hansı kənar müdaxiləyə imkan vermədən birgə konstruktiv səylərlə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar.

-Konvensiyanın razılaşdırılması prosesi üzv dövlətlər tərəfindən davamlı səylər tələb edirdi. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Etiraf etməliyik ki, Konvensiyanın razılaşdırılmasının son mərhələsi heç də asan olmayan müzakirələrdən keçib. 2017-ci ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin ikigünlük iclası çox intensiv xarakter daşıdı və nəhayət ki, Konvensiyanın razılaşdırılması istiqamətində əsas irəliləyiş əldə olundu. Bir sıra müddəalar üzrə çox ağır müzakirələr keçdi. Amma danışıqlar xoş niyyətlə və qarşılıqlı etimad şəraitində aparıldığı təqdirdə, müsbət nəticə verir. Bütün bu müzakirələrin yekunu olaraq, Xəzəryanı dövlətlərin Aktauda keçirilmiş Zirvə toplantısında Konvensiya imzalanmaq üçün prezidentlərə təqdim olundu və biz bu nailiyyətə imza atdıq.

- Bundan sonrakı addımlar nədən ibarət olacaq?

- Ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim ediləcək. Biz ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq. Ratifikasiya prosesinin başa çatması və Konvensiyadan irəli gələn müddəaların praktiki icrası regionun dayanıqlı inkişafı üçün daha geniş imkanlar açacaq. Konvensiyada və Aktau Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikedə yeni vəzifələr və tapşırıqlar müəyyən olunub. Bütün Xəzər regionunun və xalqlarımızın gələcək mənafeyi naminə xoş niyyətə, dostluğa və əməkdaşlığa əsaslanan intensiv işimiz bundan sonra da davam etdiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM