Alternative content

13:23 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rumıniya və Bolqarıstan KİV-ləri Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından yazır
Rumıniya və Bolqarıstan KİV-ləri Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından yazır
ANA SƏHİFƏ / SİYASƏT
06:08 15.08.2018

Rumıniya və Bolqarıstan KİV-ləri Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından yazır.

AZƏRTAC xəbər verir ki, yazılarda Konvensiyanın Qazaxıstanda baş tutmuş Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində imzalandığı bildirilir. Qeyd edilir ki, sənədi Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri imzalayıblar. Konvensiya üzərində işlər 20 ildən çoxdur davam edib və Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölünəcək. Vurğulanır ki, Konvensiyaya əsasən digər dövlətlərin hərbi gəmiləri Xəzər dənizinə buraxılmayacaq.