Alternative content

12:53 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anomal istilər hələ 5 il davam edəcək
Anomal istilər hələ 5 il davam edəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
06:08 15.08.2018

İqlimşünas-mütəxəssislər təcrübədən keçirdikləri yeni metodikadan sonra bu nəticəyə gəliblər ki, ciddi şəkildə istiləşmə qaçılmazdır. Növbəti 5 ildə Yer kürəsində anomal istilər davam edəcək. İqlimi qabaqcadan xəbər verən yeni alətin yaranması ilə məşğul olan Fransa və Hollandiya mütəxəssisləri bu qənaətdədirlər.

AZƏRTAC Rusiya saytlarına istinadla xəbər verir ki, proqnozlar statistikaya əsaslanıb. Məhz statistika Yer kürəsində ekstremal hadisələrin başvermə ehtimallarını, onların təkrarlanma tezliyini hesablamağa imkan yaradır. Alimlər son 50 ildə iqlimin necə dəyişməsini təhlil ediblər və bunun əsasında müəyyən nəticələrə gəliblər. 2016-2017-ci illər üçün xarakterik olan anomal dərəcədə yüksək hərarət yaxın 5 ildə də davam edəcək. Bununla yanaşı, okean üçün proqnoz daha uzunmüddətli dövrü nəzərdə tutur. İqlimşünaslar hesab edirlər ki, bütün bunlara səbəb irəliləyən qlobal istiləşmədir. İqlim planetdə 2022-ci ildən tez olmayaraq normallaşa bilər.