Alternative content

10:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniya daha 46 qaçqını Əfqanıstana göndərdi
Almaniya daha 46 qaçqını Əfqanıstana göndərdi
ANA SƏHİFƏ / DÜNYA
05:08 15.08.2018

Dünən Almaniya daha 46 qaçqını təyyarə ilə Əfqanıstana deportasiya etmişdir. Bu barədə Kabil hava limanı administrasiyasının məlumatına istinadən “Alman dalğası” radiostansiyası xəbər verir.

Almaniya 2016-cı ildə Əfqanıstan hökuməti ilə readmissiya haqqında saziş imzalamışdır. Həmin ilin dekabrından bəri Əfqanıstana 350 nəfərə yaxın adam deportasiya olunmuşdur. Ötən ay 23 yaşlı əfqan vətəninə göndərildikdən bir həftə sonra intihar etmişdir.

2017-ci ilin avqustunda Almaniyanın xarici işlər və daxili işlər nazirlikləri razılığa gəlmişlər ki, əfqan qaçqınlarının vətənə qaytarılması praktikası ancaq tək-tək hallarda davam edəcək.

Berlinin mövqeyi Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyətin yenidən qiymətləndirilməsi ilə əlaqədardır. Ölkənin hakimiyyət orqanları İŞİD terrorçu qruplaşması və “Taliban” radikal islamçı hərəkatına qarşı mübarizə aparır. Bu günlərdə taliblərin Qəzni şəhərinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 100-ə yaxın hərbçisi və 30 dinc sakin həlak olmuşdur.