Alternative content

22:26 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-da yüzlərlə katolik keşiş uşaqbazlıqda şübhəli bilinir
ABŞ-da yüzlərlə katolik keşiş uşaqbazlıqda şübhəli bilinir
ANA SƏHİFƏ / DÜNYA
05:08 15.08.2018

1950-ci illərdən bəri ABŞ-ın Pensilvaniya ştatının altı kilsəsində 300-dən çox katolik keşiş 1000-ə yaxın uşağı zorlamışdır. Bu barədə andlılar kollegiyasının hesabatında məlumat verilir.

Hesabata görə, əslində cinsi istismara məruz qalmış uşaqların sayı xeyli çox ola bilər, çünki sənədlərin bir qismi itirilmiş, qurbanlar isə əksər hallarda bu barədə məlumat verməmişlər.

Pensilvaniya baş prokurorunun dediyinə görə, ikiillik təhqiqat nəticəsində müəyyən olunmuşdur ki, uşaqbazlıq halları ştatdakı kilsələrin yüksək vəzifəli nümayəndələri, habelə Vatikan səviyyəsində ört-basdır edilmişdir.

2016-cı ilin iyununda Roma papası Fransisk bildirmişdir ki, öz kilsələrində uşaqbazlıq hallarının təhqiqindən imtina edən yepiskoplar işlərini itirəcəklər. 2013-cü ildə Fransisk Roma Katolik Kilsəsinin başçısı seçiləndən bəri uşaqbazlıqla mübarizə Vatikan üçün başlıca mövzulardan biridir.