Alternative content

12:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Genuyada körpünün uçması nəticəsində ölənlərin sayı dəqiqləşdirildi
Genuyada körpünün uçması nəticəsində ölənlərin sayı dəqiqləşdirildi
ANA SƏHİFƏ / DÜNYA
05:08 15.08.2018

İtaliyanın Genuya şəhərinin yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 38 nəfər olmuşdur. Onların arasında üç uşaq da var. Bu barədə daxili işlər naziri, Baş nazirin müavini Matteo Salvini məlumat vermişdir.

“Rai News-24” telekanalının xəbərinə görə, xəstəxanalara çatdırılmış 15 yaralıdan 9-nun vəziyyəti ağırdır. Daha 10 nəfər itkin düşmüş hesab olunur.

Avtomobil körpüsü srağagün uçmuşdur. Körpünün uçmuş hissəsinin uzunluğu 200 metrdən çox idi. Nəticədə 30-dan çox minik maşını və bir neçə yük maşını uçqunların altında qalmışdır.

Qəzanın səbəbi hələ məlum deyil. Versiyalardan birinə görə, insident güclü yağış üzündən baş vermişdir.

Körpü sənaye zonası, dəmir yolu və çay üzərində yerləşirdi. Onun ümumi uzunluğu 1102 metr idi. Avtomobil yolu yerdən 45 metr hündürlükdə idi.