Alternative content

08:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nigeriyada vəba 28 nəfərin həyatına son qoydu
Nigeriyada vəba 28 nəfərin həyatına son qoydu
ANA SƏHİFƏ / DÜNYA
05:08 15.08.2018

Nigeriyanın şimalında, Kano ştatında vəba xəstəliyinin yayılması nəticəsində 28 nəfər dünyasını dəyişmişdir. Ümumilikdə cari ilin əvvəlindən bəri ştatda bu ölümcül xəstəliyə 50 yoluxma halı qeydə alınmışdır. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Ştatın səhiyyə üzrə komissarı Kəbir İbrahim Getso jurnalistlərə bildirmişdir ki, vəba ölkənin 17 ştatında yayılmışdır. Vəba ilə mübarizə üçün 32 milyona yaxın nayr (təxminən 89 min dollar) vəsait ayrılmışdır. Yerli sakinlərə ancaq təmizlənmiş su içmək və müntəzəm olaraq əllərini sabunla yumaq tövsiyə edilmişdir.
Xatırladaq ki, bu ilin may-iyun aylarında Dünya Səhiyyə Təşkilatı Afrikada vəbaya qarşı kütləvi peyvəndləmə keçirmişdir. Kampaniya Zambiya, Uqanda, Malavi, Cənubi Sudan və Nigeriyada aparılmışdır. Nigeriyada 1 milyondan çox dərman dozası paylamaq planlaşdırılırdı.