Alternative content

14:08 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Anadolu Atəşi” rəqs qrupu dünyanı özünə heyran qoyur
“Anadolu Atəşi” rəqs qrupu dünyanı özünə heyran qoyur
ANA SƏHİFƏ / Mədəniyyət
03:08 15.08.2018

Türkiyənin “Anadolu Atəşi” rəqs qrupu yarandığı 17 ildə 45 milyon insan tərəfindən alqışlanıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ötən müddət ərzində rəqs qrupu 100-dən çox ölkədə 5 mindən artıq konsertdə çıxış edib.

Əsas konsepsiyası “mədəniyyətlər görüşməsi” olan “Anadolu Atəşi” xalq rəqslərini, balet, müasir rəqs və rəqsin digər qollarını sintezləşdirərək dünyaya müasir standartlarda bir folklor rəqs konserti təqdim edir.

Bu rəqs qrupu türk folklorundan bəhrələnərək 3 minə yaxın xalq rəqsinin elementlərini və xalq musiqisini özündə yaşadır.

“Anadolu Atəşi” rəqs qrupunun bədii rəhbəri Mustafa Ərdoğan deyib ki, Bəhreyndən Sibirə, Çilidən Yaponiyaya qədər bir çox yerlərdə geniş konsert proqramı ilə çıxış ediblər.

Rəqs qrupunun geniş coğrafiyada yaxşı tanındığını söyləyən Mustafa Ərdoğan hazırda qastrol səfərinə hazırlaşdıqlarını deyib: “Hazırda Avstraliyada, Çilidə, Çində və Antalyada “Anadolu Atəşi”nin biletləri satılır. Bəzi günlər dörd konsert təqdim edirik. Antalyada və İstanbulda həftədə üç gün konsertlər veririk. Egey dənizi turu da davam edir, həmçinin Antalyada bəzi otellərdə çıxışlar edirik. Bu günə qədər 100-ə yaxın ölkədə “Anadolu Atəşi” konsert verib və bu ölkələrin bəzilərində bir neçə dəfə qastrol səfərlərində olmuşuq”

“Anadolu Atəşi”nin dünyadakı ən böyük üç rəqs ansamblından biri kimi tanındığını söyləyən bədii rəhbər vurğulayıb ki, qrup yerli və milli bir layihə olduğu üçün çox böyük maraq doğurur.