15 Avqust 2018 03:08
151
DÜNYA
A- A+

Prokuror Genuya şəhərində körpünün uçmasının səbəbini açıqlayıb

Genuya şəhərində avtomobil körpüsünün uçması təsadüf nəticəsində deyil, insan səhvi səbəbindən baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Genuya şəhərinin prokuroru Françesko Kotsi bildirib. Onun sözlərinə görə, prokurorluq körpünün tikilməsi və ona xidmət göstərilməsi ilə bağlı işlərə dair sənədlər və ifadələr toplamalıdır. “Biz yalnız bir suala cavab verməliyik: bu nə üçün baş verib? Bu qarşımızda duran əsas məsələdir, buna görə lazımi işləri görəcəyik”, - deyə Kotsi əlavə edib.

İtaliyanın iqtisadi inkişaf naziri, baş nazirin müavini Luicci Di Mayo isə körpü faciəsinin bütün məsuliyyətini ölkədəki avtomobil yollarının idarəsi ilə məşğul olan “Autostrade per l'Italia” kompaniyasının üzərinə qoyub. O bildirib, nazirlik artıq bu kompaniya ilə müqavilənin dayandırılması prosesinə başlayıb.

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. Faciə zamanı körpüdə 30-dan çox nəqliyyat vasitəsi olub. Son məlumata görə, hadisə nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb.

Hazırda körpünün uçduğu yerdə axtarış-xilasetmə işləri davam edir. İnsidentlə bağlı Genuya şəhərində üçgünlük matəm elan olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video