Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:58 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Astarada çəltik yığımına başlanılıb
Astarada çəltik yığımına başlanılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:08 15.08.2018


Rayonda Astara düyüsünün bir kiloqramı 1,5 - 3,5 manata satılır

 

Astara rayonunda çəltik yığımına başlanılıb. Biçin kampaniyasına kifayət qədər kombayn və canlı qüvvə cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsi məhsul istehsalçıları üçün bir sıra problemlər yaratsa da, çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi və suvarmanın növbəlilik əsasında təşkili məhsuldarlığa bir o qədər təsir etməyib.

Ötən il rayonun çəltik sahələrinin hər hektarından 40,3 sentner məhsul götürülüb. Bu il də məhsuldarlığın 40 sentnerdən yuxarı olması gözlənilir.

2017-ci ildə 447,55 hektar sahədə çəltik əkini aparan məhsul istehsalçıları bu il sahələri genişləndirərək 450 hektara çatdırıblar.

Builki əkin mövsümündə çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Şiyəkəran, Pensər kəndlərindəki təsərrüfatları əhatə edib.

Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşimi”, “Sədri”, “Apula, “Şiruzi”, “Xəzər”, “Okean və “Həsəni” kimi toxum sortlarına üstünlük veriblər.

Biçinə kifayət qədər texnika cəlb olunsa da, son günlər yağan yağışlar nəticəsində sahələr hələ tam qurumadığından kombaynçıların işi bir qədər çətinləşib.

Rayonda çəltik sahələrinin genişləndirilməsi düyünün satış qiymətinə də təsir edib. Hazırda Astara düyüsünün bir kiloqramının qiyməti 1,5 - 3,5 manatdır.

Qeyd edək ki, ötən il Astara rayonunda 1802 ton düyü məhsulu istehsal olunub. Bu il bu rəqəmin 1815 tona çatdırılması nəzərdə tutulub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM