Alternative content

17:52 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim olunub
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim olunub
ANA SƏHİFƏ / DÜNYA
03:08 15.08.2018

Lüksemburq Universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI” startapı “QTrobot” adlı robot təqdim edib. Bu, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqların müalicəsi məqsədilə hazırlanıb.

AZƏRTAC “nanonewsnet.ru” saytına istinadla xəbər verir ki, autizmdən əziyyət çəkən insanlarda erkən yaşlardan sosial qarşılıqlı əlaqələrdə problemlər müşahidə edilir: əksər hallarda belə insanlar qapalı olur, çətinliklə yeni münasibətlər qurur və ünsiyyət saxlayırlar.

“LuxAI” startapının yaradıcıları belə hesab edir ki, ünsiyyət zamanı mütəxəssislərlə birgə robot-vasitəçidən istifadə edilməsi uşaqlara təlim və ünsiyyət zamanı psixoloji narahatçılıqdan xilas olmaqda kömək edə bilər. “QTrobot” söz, jest və üz ifadələrinin köməyilə ünsiyyət yaradır. Məsələn, robotun köməyilə uşağa emosiyaları tanımağı, ünsiyyət qurmağı və sadə tapşırıqları səmərəli yerinə yetirməyi öyrətmək mümkündür.

Həmin robot uzun müddətdir təqdim edilib, indi araşdırma vasitəsilə onun səmərəliliyi yoxlanılıb. Lüksemburq Universitetinin alimləri autizmdən əziyyət çəkən 4-14 yaş aralığında 15 uşağın robot və həkimlə olan terapiya seansını müqayisə ediblər və məlum olub ki, uşaqlar robota daha çox diqqət yetirir: onlar robota orta hesabla iki dəfə daha çox baxıblar.