Alternative content

07:02 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
10:08 15.08.2018

Avqustun 14-də BATE – “Qarabağ” oyunundan başqa keçirilən əlavə doqquz cavab qarşılaşması ilə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bu turnirdə ölkəmizin yeganə təmsilçisi – Ağdamın “Qarabağ” klubu ilk oyunda 0:1 hesablı qələbədən sonra səfər matçında heç-heçə (1:1) edərək UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” komandası səfərdə Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb. Doğma meydanda 0:2 hesabı ilə uduzan “Astana” cavab matçında da məğlubiyyətlə üzləşib – 0:1.

İstanbulun “Fənərbağça” klubu da UEFA Çempionlar Liqası ilə vidalaşıb. İlk oyunda Portuqaliyanın “Benfika” komandasına 0:1 hesabı ilə uduzan “Fənərbağça” İstanbuldakı cavab qarşılaşmasında rəqibin müqavimətini qıra bilməyib - 1:1.

Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

 

“Dinamo Kiyev” (Ukrayna) –“Slaviya Praqa” (Çexiya) – 2:0 (ilk oyunun nəticəsi - 1:1)

“Spartak” (Moskva, Rusiya) - PAOK (Yunanıstan) – 0:0 (2:3).

AEK (Yunanıstan) – “Seltik” (Şotlandiya) – 2:1 (1:1).

“Videoton” (Macarıstan) – “Malmö” (İsveç) – 0:0 (1:1)

“Şkendiya” (Makedoniya) – “Zalsburq” (Avstriya) – 0:1 (0:3).

“Ayaks” (Hollandiya) – “Standard” (Belçika) – 3:0 (2:2).

“Spartak” (Trnava, Slovakiya) – “Srvena Zvezda” (Serbiya) – 1:2 (1:1).

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qalib gələn 12 komanda qrup mərhələsinə vəsiqə uğrunda pley-offda mübarizə aparacaqlar. Pley-off mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:

 

Avqustun 21-də və 29-da:

 

“Srvena Zvezda” - “Zalsburq”

BATE – “PSV Eyndhoven” (Hollandiya)

“Benfika” – PAOK

 

Avqustun 22-də və 28-də:

 

“Yanq Boys (İsveçrə) – “Dinamo Zaqreb”

“Videoton” - AEK

“Ayaks” – “Dinamo Kiyev”

 

Pley-off mərhələsindən sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq son altı komanda müəyyənləşəcək.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü avqustun 30-da Monakoda atılacaq.