Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:55 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
ANA SƏHİFƏ / SİYASƏT
12:08 15.08.2018

 

İki ölkə arasında çoxşaxəli münasibət yeni məzmunla zənginləşdirilir

 

Son 15 ildə təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirən müstəqil Azərbaycan dünyanın əksər dövləti, eləcə də mötəbər təşkilatlarla əlaqələrini daha da inkişaf etdirir.
Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi tanıdıb və ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib. Azərbaycan Prezidentinin həm xarici səfərləri, həm də ölkəmizə təşrif buyuran dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, imzalanan strateji tərəfdaşlıq sazişləri respublikamızın ayrı-ayrı dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.

 

26 illik diplomatik münasibətlər

 

Son illərdə Azərbaycanla əlaqələri sürətlə inkişaf edən ölkələrdən biri də Tacikistandır. İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılıb. Ötən il bu münasibətlərin 25 illiyi qeyd edilib. Ölkəmizin Tacikistandakı səfirliyi 2007-ci ildə açılıb. Bir il sonra - 2008-ci ildə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2018-ci ilin avqust ayının 10-dək iki ölkə arasında 45 sənəd imzalanıb. İqtisadi münasibətlərə gəlincə isə, deyə bilərik ki, iki ölkə ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. 2018-ci ilin birinci yarısında Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub.
Hazırda Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiya və Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Beləliklə, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Elə avqustun 9-da Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri bunu bir daha təsdiqləyir.

 

Qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq

 

Ölkəmizə səfərə gələn Tacikistan Prezidenti Azərbaycanda mühüm görüşlər keçirdi və iki ölkə arasında yeni mühüm sazişlər imzalandı. Prezidentlərin təkbətək və geniş tərkibli görüşlərində iki ölkənin əməkdaşlığı barədə müzakirələr aparıldı.
Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcəyini bildirərək Tacikistan və Azərbaycanın iştirak etdiyi beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəklədiklərini və bu dəstəyin iki ölkə üçün çox əhəmiyyətli olduğunu vurğuladı. Prezident Emoməli Rəhmon isə iki ölkə arasındakı münasibətlərin getdikcə inkişaf etdiyini söyləyərək bildirdi ki, Tacikistan hökuməti qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətin genişlənməsində və dərinləşməsində maraqlıdır. Bu səfər zamanı əldə edilən razılaşmalar çoxşaxəli tərəfdaşlığı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.
Tacikistan Prezidenti, eyni zamanda, müstəqil Azərbaycanın son 15 ildə qazandığı uğurlardan da söz açdı. Qeyd etdi ki, müstəqillik illərində sosial-iqtisadi inkişafında böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq arenada mövqeləri ardıcıl surətdə möhkəmlənir. Ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsidir.
Prezident Emoməli Rəhmon vurğuladı ki, Azərbaycan Qafqaz regionunda Tacikistan üçün mühüm tərəfdaşdır. İki ölkə arasında imzalanacaq yeni sənədlər isə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

 

Sazişlərin sayı 56-ya çatdı

 

Avqustun 10-da geniş tərkibdə görüş başa çatandan sonra dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu. Tərəflər 11 yeni sənəd imzaladılar və bununla da iki ölkə arasında imzalanmış sənədlərin sayı 56-ya çatdı.
Prezident İlham Əliyevlə tacikistanlı həmkarı Emoməli Rəhmon prezidentlərin birgə bəyanatını imzaladılar. Sonra “Azərbaycanda İxracin və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Sənaye Korporasiyası” ilə “Tacik Alüminium Kompaniyası” (TALKO) Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Tacikistan Respublikası Hökuməti yanında Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”, “SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı haqqında Anlaşma Memorandumu” imzalandı.
Bundan başqa, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təlimi haqqında Saziş”, “Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”,”Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tacikistan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş” imzalandı.
Həmçinin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2019-2020-ci illər üzrə Əməkdaşlıq Proqramı” da təsdiq edildi.

 

Fundamental vacib siyasi sənəd

 

Sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış etdilər. Öncə Prezident İlham Əliyev bəyan etdi ki, əldə edilən bu nəticələr iki ölkə arasında qarşılıqlı sosial-iqtisadi fəaliyyətdə mütləq özünü göstərəcək və xalqları daha da yaxınlaşdıracaq. İmzalanan yeni sənədlər münasibətlər üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib. Əldə edilən razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işlərin fəallaşmasına gətirib çıxaracaq.
Dövlət başçılarının imzaladıqları Birgə Bəyanat iki ölkə arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən olduqca fundamental vacib siyasi sənəddir. Bu sənəd Azərbaycanla Tacikistan arasında siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edir. Bu sənəddə iqtisadi əməkdaşlıq, nəqliyyat, humanitar əməkdaşlıq, təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində mühüm məsələlərin əsas prioritetləri əksini tapıb. Sənəddə ölkələrimizi narahat edən vacib məsələlər də əks olunub. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək on illiyin - 2018-2028-ci illərin “Su - dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir. Bu da çox mühüm təşəbbüsdür.
İmzanalanan bəyanatın mətnində həmçinin yazılıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır.

 

İqtisadi əlaqələrə təkan verəcək ciddi razılaşmalar əldə edildi

 

İki ölkə arasında aparılan danışıqlar zamanı ticarət, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət məsələləri geniş müzakirə edilib, bu istiqamətdə iki ölkənin sənayesinin güclü artımına təkan verəcək ciddi razılaşmalar əldə olundu.
Prezident İlham Əliyev qeyd etdi ki, aparılan danışıqlar zamanı bir daha kooperasiya ilə əlaqədar məsələlərin həllinin mümkünlüyü aydınlaşıb: “Bu həm alüminium təchizatı sahəsində əməkdaşlıq məsələsinə, həm neft koksunun təchizatı ilə bağlı bu gün imzalanan memoranduma, həm də bir çox digər məsələlərə aiddir. Bu, sadəcə, ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə uzun illər üçün münasibətlərin inamlı inkişafını müəyyən edəcək layihələrdir və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək”.
Dövlət başçısı tranzit imkanlarından da söz açdı və qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eləcə də böyük Ələt ticarət limanının tikintisi bu dəhlizin yüklərin ixracı üçün istifadəsinə tamamilə yeni imkanlar açır.
Dövlət başçıları humanitar əməkdaşlıq, təhsil, mədəniyyət sahələrində, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdilər. Qarşılıqlı fəaliyyət məsələlərinin işlənib hazırlanması üçün xüsusi nümayəndə heyətlərinin göndərilməsi barədə razılıq da əldə olundu.

 

Bütün istiqamətlər üzrə sıx əlaqə üçün real imkanlar var

 

Tacikistan Prezidenti Emoməli Rəhmon isə bəyan etdi ki, Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur və bu ölkə Azərbaycanla əməkdaşlığın gələcəkdə də inkişafında və möhkəmlənməsində maraqlıdır.
“Bu gün bizim siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektoru üzrə konstruktiv və maraq doğuran fikir mübadiləsi aparıldı. İlham Heydər oğlu ilə mən belə bir fikrə gəldik ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanlardan daha da geniş istifadə olunması vacibdir”- deyən Tacikistan Prezidenti vurğuladı ki, yeni razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Danışıqların nəticələrinə görə, imzalanan sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir.
Bütün məsələlər üzrə iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü söyləyən Prezident Emoməli Rəhmon vurğuladı ki, bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir: “Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur”.
Əminliklə söyləyə bilərik ki, dövlət başçıları arasında aparılan danışıqların nəticələri hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək. Yəni münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM