Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:55 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnfrastruktur layihələri inkişafa xidmət edir
İnfrastruktur layihələri inkişafa xidmət edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 15.08.2018

 

Balakən ölkəmizin inkişafda olan, tikilib qurulan, günbəgün simasını dəyişən bölgələrindəndir. Paytaxtdan xeyli aralıda yerləşməsinə baxmayaraq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bu yerlərdə də öz sözünü deyib. Bir zamanlar səliqəsiz küçə və prospektləri olan rayon indi hər kəsə gəl-gəl deyir. Yaradılan şəraitdən isə ilk növbədə yerli sakinlər və bu elin qonaqları yararlanırlar. 

Əvvəlki illərdə olduğu kimi, bu il də Balakən rayonunun ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilir. Rayon icra hakimiyyətindən əldə etdiyimiz məlumatda bildirilir ki, şəhərdə 23 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işlərinin aparılması nəzərdə tutulub. İndiyədək 17 binada təmir işləri əsasən başa çatdırılıb, 6 binada isə davam etdirilir.
Rayonda infrastruktur layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Bunların arasında avtomobil yolları xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 kilometr olan Balakən-Mazımçay hissəsi yenidən tikilir. Yolun eni 13 metrdir. Layihə çərçivəsində yol boyu körpülər yenidən qurulub. Paralel olaraq avtobus dayanacaqları, su və kommunikasiya keçidləri, yol nişanları və istiqamətləndirici lövhələr quraşdırılacaq.
Yolun tikintisi ilə əlaqədar olaraq Balakən şəhəri ərazisinin Heydər Əliyev prospektində su və kanalizasiya xətlərinin tikintisi həyata keçirilib.
Cari ildə 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 29 kilometr uzunluğunda Balakən-Qazbinə-İtitala avtomobil yolunun, 2017-ci ilin sonlarında tikintisinə başlanılan 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisi, 130 yerlik Qullar uşaq bağçasının təmiri davam etdirilib. Şərif kəndində inşa edilən 360 şagird yerlik tam orta məktəb binasının tikintisi də başa çatdırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisinə vəsait ayrılıb və 25 kilometr uzunluğunda yolun tikintisinə başlanılıb.
Əhalinin içməli və suvarma suyu ilə təminatı da vacib istiqamətlərdəndir. Bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə respublika Prezidentinin sərəncamına uyğun olaraq rayonun İtitala, Kortala, Meşəşambul, Sarıbulaq, Xalatala, Şərif, Tülü və Qazma kəndlərində 8 quyu qazılaraq istifadəyə verilib. Katex kəndində sonuncu quyu qazılır. Yaponiya hökumətinin ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə Hənifə və Mahamalar kəndlərində də 2 artezian quyusu qazılıb və son tamamlama işləri aparılır.
Ötən dövr ərzində şəhəri və ətraf kəndləri içməli su ilə təmin edən mənbədə, magistral və şəhər su xətlərində, artezian quyularında, kanalizasiya xətlərində təmir işləri aparılıb. Bununla belə, su-kanal idarəsinin bu sahədəki fəaliyyəti rayon rəhbərliyi tərəfindən heç də tam qənaətbəxş sayılmır. Belə ki, yay aylarında içməli su ilə təminat sahəsində yaranmış problemlər, suyun yaşayış massivlərinə fasilələrlə verilməsi əhalinin haqlı narazılığına səbəb olur. Ona görə də idarə rəhbərliyinə mənbədə və su anbarlarında təmizləmə və təmir işləri aparması, magistral və şəhər su xətlərində su itkisinin qarşısını almaq üçün tədbirlər görməsi tövsiyə olunub. Bundan başqa, su xətlərində kranların qoyulması, içməli suyun suvarma məqsədləri üçün istifadə olunmaması təklif edilir.
İcra edilən layihələr arasında 320 şagird yerlik Uşaq İncəsənət Məktəbinin, Hənifə kəndində 60 kameralı tütünqurutma məntəqəsinin tikintisini müstəqillik dövründə rayonda icra olunan ən əhəmiyyətli layihələrdən biri kimi qiymətləndirmək olar. Bütün qeyd olunanlara görə, sözsüz ki, balakənlilər ölkə Prezidentinə minnətdardırlar.
Qullar kənd uşaq bağçasında, mərkəzi xəstəxanada, Heydər Əliyev parkında büdcə vəsaiti hesabına əsaslı və cari təmir işlərinin başa çatdırılması, abadlıq və quruculuq işləri, su və elektrik xətlərinin təmiri, ekoloji və digər tədbirlər bu il davam etdiriləcək. İcrası nəzərdə tutulan işlər arasında Sarıbulaq kəndinin içməli su layihəsi xüsusilə qeyd olunmalıdır. Həmin layihəyə əsasən, Sarıbulaq kəndində 167 kilometr uzunluğunda su şəbəkəsinin qurulması və küçələrdə 62 ədəd bulaq qoyulması nəzərdə tutulur. Nəticədə Sarıbulaq kəndi içməli su ilə tam təmin olunacaq.
İnfrastruktur layihələrinin icrası ilə paralel olaraq hazırda Balakəndə qarşıda dayanan vacib məsələlərdən biri də gənclərin məşğulluğunun təmin edilməsidir. Hesab edilir ki, heç də yalnız akademik göstəriciləri yüksək, ictimai həyatda aktiv olan gənclərlə deyil, mərkəzdən kənarda yaşayan, ictimai işlərdən kənarda olan gənclərlə xüsusi düşünülmüş ideoloji işin aparılmasına diqqət artırılmalıdır. Belə ki, rayonda yerləşən bütün idarələrdə gənclərlə iş üzrə nümayəndəliklərin yaradılması, gənclərin dini radikalizm və sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı daimi maarifləndirilməsi xüsusi diqqətdə saxlanılmalı, təbliğat qruplarının işi canlandırılmalıdır.
Ümumilikdə rayon sakinlərinin aktiv məşğulluğunun artırılması da prioritet istiqamətlər sırasındadır. Bunun üçün daha çox regionlarda əmək tutumuna malik olan aqrar sektorda aparılan işlərin davam etdirilməsi hədəf götürülür. Ona görə də rayonda dövlət başçısının tövsiyələrinə uyğun olaraq ənənəvi əkin sahələrinin daha da inkişaf etdirilməsinə diqqət artırılmaqdadır. Belə sahələrdən biri də tütünçülükdür. Təsadüfi deyil ki, cari ildə rayonda 535 hektar sahədə tütün əkilib. Məhsuldarlıq yüksək olacağı təqdirdə həmin sahələrdən tədarük olunan məhsul hesabına 1 milyon manatdan çox gəlir götürülməsi proqnozlaşdırılır.
Fındıqçılığın, qarğıdalıçılığın, tərəvəzçiliyin inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təsərrüfatların daha mütərəqqi formada idarə edilməsi prioritetdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə bütün potensial imkanların üzə çıxarılması və əhalinin məşğulluğunun təmini üçün görülən işlərin davam etdirilməsi başlıca hədəflərdəndir. Bunun üçün əkin və örüş sahələrinin səmərəli istifadəsinin təşkili, təyinatına uyğun istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunması tədbirləri sürətləndirilməlidir. Paralel olaraq salınmış fındıq və tut bağlarına aqrotexniki qulluq göstərilməsi, keyfiyyətli və məhsuldar toxum növlərinin səpilməsinə nəzarətin artırılması, suvarma işinin daha səmərəli keyfiyyət meyarlarına uyğunlaşdırılması, baramaçılığın, tütünçülüyün, meyvəçiliyin, heyvandarlığın inkişaf etdirilməsi, eləcə də digər məsələlərlə bağlı qarşıda ciddi vəzifələr durur. Bu vəzifələrin icrası rayon əhalisinin gəlirlərinin artmasına, nəticədə onların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaradacaq.

Əli SƏLİMOV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM