Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

21:15 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elə bir sahə yoxdur ki, orada gənclər fəal olmasın
Elə bir sahə yoxdur ki, orada gənclər fəal olmasın
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 15.08.2018

 

Sumqayıt Dövlət Dram Teatrında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq dövrünün icrasına həsr edilmiş konfrans keçirilib.

Konfransda şəhərin müxtəlif sahələrini təmsil edən 120-yə yaxın gənc iştirak edib. Tədbirdə şəhər gənclər və idman baş idarəsinin rəis əvəzi Mübariz Bəşirov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada gənclərin gücündən istifadə olunmasın. Sumqayıtlı gənclər də ölkəmizdə həyata keçirilən bütün iqtisadi və siyasi proseslərdə yaxından iştirak edir, ictimai və məsul  vəzifələrə irəli çəkilir. Məsuliyyət və tələbkarlıq sumqayıtlı gənclərin həyat amalıdır.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bidirib ki, gənclik böyük qüvvədir və gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ümummilli lider hər bir sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin də gələcəyi naminə onlara xüsusi diqqət göstərib. Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Bu gün ölkəmizdə bütün istiqamətlərdə  - hərbi, təhsil, siyasi, iqtisadi və digər sahələrdə təmsil olunan gənclərin qazandığı uğurlar göz önündədir.

Konfransda xüsusi vurğulanıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Qürurla demək olar ki, milli- mənəvi dəyərlərimizi qoruyub yaşadan müasir Azərbaycan gəncləri müstəqil dövlətimizin bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hislərinə malik olduqlarını nümayiş etdirirlər.

Sonda şəhər üzrə ictimai işlərdə fərqlənən gənclərə fəxri fərmanlar təqdim edilib.

 

Akif ƏLİYEV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM