Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

13:59 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əkin sahələrini yandıranlar inzibati məsuliyyət daşıyırlar
Əkin sahələrini yandıranlar inzibati məsuliyyət daşıyırlar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 15.08.2018

 

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına İsmayıllı rayonu da hər zaman töhfəsini verib. Rayon zəhmətkeşləri imkan daxilində torpaqdan səmərəli istifadə etməyə çalışıblar. Məqsəd birdir: həm ölkədə maddi nemətlər bolluğunun yaradılmasına töhfə vermək, həm də özlərinin maddi vəziyyətlərinin daha da yaxşılaşdırılmasına nail olmaq. Ümumilikdə isə rayon üzrə 33 min 526 hektar əkinə yararlı torpaq sahəsi var. Əkin torpaqları dəmyə şəraitində yetişdirildiyi üçün rayon ərazisində daha çox taxıl əkinlərinə üstünlük verilir. Hər il bir qayda olaraq 29-30 min hektar sahədə taxıl bitkiləri yetişdirilir.

Cari ilin məhsulu üçün 2017-ci ilin payız mövsümündə 28 min 765 hektar sahədə payızlıq bitkilər, bundan başqa, cari ilin yazında 3695 hektar sahədə isə yazlıq bitkilər əkilmişdi. İyun ayının ikinci yarısından etibarən rayon ərazisində taxıl biçininə başlanılıb və iyul ayının sonunda başa çatıb. Rayon ərazisində biçilən sahələrdən 100 min 795 ton payızlıq və yazlıq dənli məhsul istehsal edilib. Hər hektardan 34,7 sentner məhsuldarlıq əldə olunub.

Məhsul istehsalı başa çatan kimi növbəti ilin məhsulu üçün yay şumunun çıxarılmasına başlanılıb və 3 min hektardan artıq sahədə şumlanma əməliyyatı aparılıb.

Yay şumunun aqrotexniki qaydalara uyğun çıxarılması üçün sahələr küləşdən mütləq təmizlənməlidir. Son zamanlar isə küləşə tələbat azaldığından heç də bütün  sahələr təmizlənmir. Bu da şumun çıxarılmasına mane olmaqla yanaşı, keyfiyyətə də təsir edir. Bəzi kənd təsərrüfatı məhsulları istehsalçıları məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının torpaq üçün faydalı olduğunu düşünərək yanlış və qanunazidd addımlar atırlar. Ona görə də hələ biçin kampaniyasına başlanmazdan əvvəl torpaq mülkiyyətçilərinin və icarəçilərinin diqqətinə çatdırılır ki, biçin başa çatdıqdan sonra əkin yerlərinin yandırılması bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür. Ona görə də küləşin yandırılması yox, onun doğranaraq sahəyə verilməsi daha effektivdir. Bu, mulçalama rolunu oynamaqla yanaşı, torpağı üzvi maddələrlə də zənginləşdirir.

Yanğın törədənlər qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Belə ki, əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi üçün 2017-ci il dekabrın 15-də torpaq qanunvericiliyinə bəzi dəyişikliklər edilib. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun

9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerinin yandırılması qadağan olunur. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddədə isə əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manata, vəzifəli şəxslərin 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Məhsulu toplanan sahələrin yanğından qorunması məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2018-ci il mayın 17-də sərəncam imzalanıb. Eləcə də əkin sahələrində baş verə biləcək yanğın hallarının qarşısının alınması məqsədi ilə Rayon Kənd Təsərrüfatı İdarəsinin 25 aprel 2018-ci il tarixli əmri ilə qərargah yaradılıb. Qərargah tərəfindən biçin zamanı yaranmış çatışmazlıqlar dərhal  aradan qaldırılıb və məhsul toplanışı barədə gündəlik operativ məlumatlar toplanaraq aidiyyəti üzrə göndərilməsi təmin olunub. Yerli ərazi inzibati dairələrin nümayəndələri ilə birlikdə taxıl sahələrinin  kənarlarının şumlanması təmin olunub. Yüksək gərginlikli elekrtik verilişi xətlərinin alt hissəsində olan təhlükəsizlik zolaqlarının quru ot və alaqlardan təmizlənməsi, kənarlarının şumlanması təmin edilib. Paralel olaraq fermerlərlə mütəmadi iş aparılıb.

Beləliklə də, aparılan tədbirlər müsbət nəticəsini verib. Real olaraq bu və ya digər səbəblərdən baş verən yanğın hadisələri xeyli azalıb. Bunlardan biri Qalacıq kəndi ərazisində baş verib. Oradakı 10 hektar biçilməmiş taxıl sahəsində törədilmiş yanğın nəticəsində 6 hektar biçilməmiş buğda sahəsi yanıb. Yanğının törədilmə səbəbləri rayon polis şöbəsində araşdırılır. 

Bununla yanaşı, Qalagah kəndində 12 hektar biçilmiş, 1 hektar kolluq, Kürdmaşı kəndində 5 hektar biçilmiş, Quşencə kəndində 2 hektar biçilmiş, 2 hektar isə kolluq ərazilərdə baş vermiş yanğın hadisələri qeydə alınıb. Bütün qeyd olunan hallarla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hazırda sahələrin yandırılması hallarının baş verməməsi üçün əhali arasında maarifləndirmə tədbirlərinin aparılması davam etdirilir.

 

Həsən HƏSƏNOV,

İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM