Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:50 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Ombudsmanı BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsinin sessiyasında iştirak edib
Azərbaycan Ombudsmanı BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsinin sessiyasında iştirak edib
ANA SƏHİFƏ / SİYASƏT
11:08 14.08.2018

Azərbaycan Ombudsmanı Elmira Süleymanova BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsinin 21-ci sessiyasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, milli siyasət və insan hüquqları, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının həyata keçirilməsinə qlobal çağırışlar, inkişafın insan hüquqlarının həyata keçirilməsinə töhfəsi, gender perspektivi və əlilliyi olan şəxslərin hüquqlarının, qeyri-hökumət təşkilatlarının iştirakçılığının təmini sessiyanın proqramı üzrə əsas müzakirə mövzularından olub.

İnsan hüquqları sahəsində prioritet mövzular üzrə keçirilən iclaslara BMT qurumlarının rəsmi şəxsləri, Məsləhət Komitəsinin, Milli İnsan Hüquqları təsisatlarının nümayəndələri, QHT təmsilçiləri və beynəlxalq ekspertlər qatılıblar.

Sessiyalar çərçivəsində Azərbaycan Ombudsmanı çıxış edib. O, BMT səviyyəsində çoxsaylı sənədlərin qəbul olunmasına baxmayaraq dünyada miqrantlar və qaçqınlarla yanaşı, irqinə görə təqiblərə və təzyiqlərə məruz qalan çoxsaylı insanların olduğunu diqqətə çatdırıb. E.Süleymanova etnik təmizləmə siyasətindən ölkəmizin əziyyət çəkdiyini vurğulayıb, 20 faizdən artıq torpaqlarımızın işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan çox soydaşımızın hüquqları və onların təmin olunması məsələsini, qaçqın və məcburi köçkün probleminin ölkəmiz üçün prioritet olduğunu qeyd edib, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının prinsiplərinin həyata keçirilməsi ilə bağlı təkliflərini verib.

Ombudsman, həmçinin sivilizasiyalar arasında multikultural dəyərlər əsasında səmərəli dialoqun təşkilində Azərbaycan təcrübəsi olan “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində Ombudsman BMT qurumlarının nümayəndələri, beynəlxalq ekspertlərlə görüşlər keçirib, əməkdaşlıq üzrə müzakirələr aparıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM