Alternative content

05:04 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BATE-yə cavab qarşılaşmasında da uduzan “Qarabağ” mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək
BATE-yə cavab qarşılaşmasında da uduzan “Qarabağ” mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək
ANA SƏHİFƏ / İDMAN
11:08 14.08.2018

Avqustun 14-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Belarusun BATE komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Bakıdakı ilk oyunda minimal hesabla uduzan “Qarabağ” klubu “Borisov Arena”da keçirilən cavab görüşündə yüksək əzmkarlıq göstərsə də, istəyinə nail ola bilməyib.

Ağdam təmsilçisi oyuna daha fəal başlasa da, görüşdə ilk təhlükəli vəziyyəti ev sahibləri yaradıblar. Matçın 6-cı dəqiqəsində ağdamlıları əks-hücumda “yaxalayan” BATE-nin sürətli əks-hücumu zamanı qapıçı ilə təkbətək qalan Nikolay Sıqneviçin zərbəsini Hannes Halldorson dəf edə bilib. Matçın 8-ci dəqiqəsində isə “Qarabağ” təhlükəli vəziyyət yaradıb. Miçelin rəqibin cərimə meydançasına hava ötürməsini Mahir Mədətov başla İnnosent Emeqaraya yönəldib. Hücumçunun başla zərbəsindən sonra top qapıçıya toxunaraq meydanı tərk edib. Bundan dörd dəqiqə sonra BATE-nin kapitanı İqor Staşeviçin qüvvətli zərbəsi bir qədər dəqiq olmayıb.

Oyunda hesab matçın 20-ci dəqiqəsində açılıb. “Qarabağ”ın müdafiəçilərinin ötürmədəki kobud səhvindən istifadə edərək topu ələ keçirən Mirko İvaniç adını tabloya yazdırıb – 1:0.

Bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan ağdamlılar oyunun ilk hissəsinin sonuna yaxın rəqibin qapısı qarşısında ardıcıl bir neçə təhlükəli vəziyyət yaradıblar. Matçın 36-cı dəqiqəsində künc zərbəsindən sonra Mahir Mədətovun başla vurduğu top qapıdan bir qədər aralı keçib. Birinci hissədə “Qarabağ”ın ən real qol imkanı matçın 43-cü dəqiqəsində yaranıb. Miçelin rəqibin cərimə meydançasına gözəl ötürməsindən sonra Mahir Mədətov bir qədər tələsərək topu saxlamadan qapıya zərbə endirsə də, qolkiper topu tuta bilib. Ağdam təmsilçisinin səylərinə baxmayaraq, ilk hissədə əlavə qol olmayıb və komandalar fasiləyə ev sahiblərinin minimal hesablı üstünlüyü ilə yollanıblar.

İkinci hissədə də yüksək əzmkarlıq göstərən “Qarabağ” komandası matçın 54-cü dəqiqəsində hesabı bərabərləşdirib. Ağdamlıların mərakeşli legioneri Abdullah Zubirin hava ötürməsindən sonra Mahir Mədətov topu başla Miçelə yönəldib. Miçel isə topu başla BATE-nin qapısından keçirib – 1:1.

Bu qoldan sonra təzyiqləri daha da artıran ağdamlılar matçın 77-ci dəqiqəsində meydanda sayca azlıqda qalıblar. İnnosent Emeqara ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydanı tərk edib. Sayca azlıqda qalmalarına baxmayaraq, hücumları davam etdirən “Qarabağ” rəqib qapısına növbəti dəfə yol tapa bilməyib və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, iki oyunun nəticəsinə görə BATE klubuna 1:2 hesabı ilə məğlub olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdamlılar mübarizəyə UEFA Avropa Liqasında davam etdirəcək. UEFA Avropa Liqasında “Qarabağ” klubunun rəqibi play-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) duelinin qalibi olacaq.

BATE isə UEFA Çempionlar Liqasının play-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək.