Alternative content

09:41 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vyana 2018-ci ildə yaşamaq üçün ən rahat şəhər elan edilib
Vyana 2018-ci ildə yaşamaq üçün ən rahat şəhər elan edilib
ANA SƏHİFƏ / DÜNYA
09:08 14.08.2018

 

Avstriyanın paytaxtı Vyana Amerikanın “The Economist” jurnalı tərəfindən hər il tərtib edilən yaşamaq üçün ən rahat şəhərlərin reytinqinə başçılıq edir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, şəhərlər səhiyyə, sabitlik, mədəniyyət, təhsil və infrastrukturun inkişafı kimi kateqoriyalara əsasən qiymətləndirilib.

Vyana 100 mümkün baldan 99,1 bal toplayıb. Siyahıda ikinci yerdə Avstraliyanın Melburn şəhəri (98,4 bal), üçüncü yerdə isə Yaponiyanın Osaka şəhəri (97,7 bal) qərarlaşıb. Maraqlıdır ki, Vyana və Kopenhagendən başqa, reytinqin ilk onluğuna daxil olan şəhərlərin hamısı Avstraliya, Kanada və Yaponiyada yerləşir.

Siyahıda dünyanın ən böyük meqapolisləri - Paris, London və Nyu-York müvafiq olaraq 19, 48 və 57-ci yerləri tutub. Bu şəhərlərdə cinayətkarlıq səviyyəsi yüksək olsa da, ictimai nəqliyyat daha çox yüklənsə də, səhiyyə sahəsi yaxşı inkişaf edib, mədəni həyat zəngindir, əməkhaqqı isə yüksəkdir.

Dünyanın ən pis şəhərləri isə Nigeriyanın Laqos (38,5 bal), Banqladeşin Dəkkə (38 bal) və Suriyanın Dəməşq (30,7 bal) şəhərləridir. Onlar reytinqdə 138-140-cı yerləri tutur. Həmçinin antireytinqə Pakistanın Kəraçi, Liviyanın Tripoli və Seneqalın Dakar şəhərləri də daxil edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM