Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yəməndə dəfn mərasimi antiamerika etirazlarına çevrildi
Yəməndə dəfn mərasimi antiamerika etirazlarına çevrildi
ANA SƏHİFƏ / DÜNYA
06:08 14.08.2018

Ötən cümə axşamı Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası aviasiyasının Yəmənin şimal-qərbində Səədə əyalətini bombalaması nəticəsində azı 51 nəfər, o cümlədən 40 uşaq həlak olmuşdur. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına istinadən “Frans Press” agentliyi xəbər verir.

Yenilənmiş məlumata əsasən, bombardman nəticəsində 79 nəfər, o cümlədən 56 uşaq müxtəlif dərəcəli xəsarət almışdır.

Dünən Səədədə  uşaqların kollektiv dəfni mərasimi ABŞ və Səudiyyə Ərəbistanına qarşı kütləvi etiraz aksiyasına çevrilmişdir. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Mərasimdə çıxış edən hövsi qiyamçılarının inqilabi komitəsinin sədri Məhəmməd Əli Huti bildirmişdir ki, avqustun 9-da həyata keçirilmiş hava hücumu Amerikanın və onun müttəfiqlərinin Yəmən uşaqlarına qarşı cinayətdir. Yerli KİV-in xəbərinə görə, mərasim iştirakçıları əllərində “Amerika yəmənli uşaqları öldürür” və digər analoji mətnli transparantlar tutmuşlar.